Aldadılıb pulu əlindən alınan azərbaycanlı məşhurlar - SİYAHI

Aldadılıb pulu əlindən alınan azərbaycanlı məşhurlar - SİYAHIBəzən yaradıclıq fəaliyyəti, bəzən isə qalmaqallarla gündəmə gələn bəzi sənət adamlarının adları həm də məhkəmə zallarında hallanır. Bəzən məhkəmə proseslərində onların aldadılması, pullarının mənimsənilməsi faktları aşkarlananda, təəccüblənməyə bilmirsən. Ötən gün müğənni Könül Kərimovaya, bu gün isə Nazpəri Dostəliyevaya qarşı edilən saxtakarlıq bunu sübut edir.

Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq aldadılan, müxtəlif yollarla pulu mənimsənilən tanınmış sənət adamlarını təqdim edir.

Qeyd etdiyimiz kimi ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova adlı qadın əməkdar artist, müğənni Könül Kərimovanı aldatdığı üzə çıxıb. Belə ki, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyi vədi verib. K.Kərimova bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib. Və necə deyərlər, ittə gedib, ip də…

Xalq artisti Nazpəri Dostəliyevanın"Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Ali Attestasiya Komissiyanın aparat rəhbəri, akademik Arif Quliyev mətbuata bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: "Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir. Görünür, xalq artistini aldadıblar".
Bu açıqlamadan sonra Nazpəri xanım İnstaqram-da alimlik dərəcəsi almasını "təsdiqləyən" şəhadətnamənin şəklini silib.

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Belə ki, 2014-cü ildə Xatirə Hacıyeva adlı şəxs müğənniyə ev almaqda yardımçı olacağını bildirib və ondan 70 min manat alıb, lakin qaytarmayıb. Bununla bağlı K.Xasıyeva belə deyib:
"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Məni aldadıb, 2 ildir salıb çöllərə. 37 minlik maşınımı 12 minə özü əlimdən alıb".

Tanınmış aşıq Namiq Fərhadoğlu da aldadılan sənət adamlarından biridir. Belə ki, Rəşad Babayev və Elnur Həsənov adlı şəxslər 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham ediliblər. İttihamda qeyd edilib ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək aldadıblar.

Xalq artisti Məleykə Əsədovanın adı bir vaxtlar nişanlısı ilə qalmaqalda çəkilib. Asif Vəliyev adlı şəxs Məleykə Əsədova ilə 2012-ci ilin əvvəlində tanış olub. Asif özünü ona imkanlı iş adamı kimi təqdim edib, hətta iş qurmaq, biznes adı ilə ondan 400 min manat borc da alıb. İstintaq materiallarında A.Vəliyevin xalq artistinə özünü Dubaydan Azərbaycana mal gətirən mömin biznesmen, sahibkar kimi təqdim etməsi öz əksini tapıb. Xaricdən "Maseratti" və "Mercedes Viano" markalı avtomobillər gətirməsinə söz verib və buna görə də M.Əsədovadan külli miqdarda pul alıb. Vaxt keçdikcə, xalq artisti Asifdən maşınları tələb etsə də, ikinci cürbəcür bəhanələr gətirməklə onu aldadıb. Aldadıldığını başa düşən M.Əsədova pullarını geri istəyib. İstintaq materiallarına görə, bunları bilən xalq artisti Asiflə münasibəti birdəfəlik kəsib. Hətta üzləşdiyi bu hadisələrə görə onun səhhətində nasazlıq yaranıb, əsəbləri pozulub, ürəyində, səs tellərində problemlər əmələ gəlib. Uzun müddət Moskvada və İranda müalicə alıb.

Xalq artisti Aygün Kazımova da aldadılanlar siyahısındadır. O, iddia edib ki, təşkilatçı Nahid Emiloğlu onu aldadıb: "N. Emiloğlunun 2015-ci il avqustun 21-də onun "Ayrılarmı könül candan" adlı konsertinə 400 VİP bilet götürüb. Məcbur olub həmin 400 biletin pulunu özüm ödədim. Mənə konsertim günü stress yaşatdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 965   Tarix: 20 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1619
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 1001
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1503
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1608
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 561
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 886
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1101
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1034
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 856