Evində şir saxlayan azərbaycanlı məşhur qadın - FOTOLAR

Evində şir saxlayan azərbaycanlı məşhur qadın - FOTOLARAkademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

BiG.AZ APA-ya istinadən məlumat verir ki, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

Nina Abdullayeva (Berberova) "Şir evdən getdi", "İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri", "Oğlan, qız və şir"və s. filmlərdə çəkilən "Kinq" adlı şirin sahibi olub.

80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.

"İtalyanların qeyri-adi sərgüzəştləri" filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə "Kinqi" öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.

Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona "Kinq II" adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də "Kinq II" Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib.

Aldığı xəsarətlərə görə 1980-ci ildən ömrünün axırına qədər həkim nəzarətində olub.

Mərhumla vida mərasimi bu gün 14:00-da T. Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Evində şir saxlayan azərbaycanlı məşhur qadın - FOTOLAREvində şir saxlayan azərbaycanlı məşhur qadın - FOTOLAREvində şir saxlayan azərbaycanlı məşhur qadın - FOTOLAREvində şir saxlayan azərbaycanlı məşhur qadın - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1532   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

Qəzzada 34844 fələstinli qətlə yetirilib

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34844-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 215 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamada İsrai

08.05.2024 138
.

Mövsümdən əvvəl yetişən alça ziyanlıdırmı?

Bu gün bazarlarda havaların soyuq keçdiyini nəzərə alaraq mövsümdən əvvəl alça və çiyələkləri piştaxtalarda görmək olar. Həddindən artıq iri alçalar və digər meyvələr göz oxşasa da bəs sağlamlığımız üçün ziyanlıdırmı?. Mövzu ilə bağlı BİG.AZ-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib. O bildiri

08.05.2024 222
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

08.05.2024 26
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

08.05.2024 261
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

08.05.2024 193
.

"Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir" - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycanın Bolqarıstanla ikitərəfli münasibətləri strateji əmədaşlıq çərçivəsindədir,qarşılıqlı hörmət və maraqlara əsaslanır:. "Dövlətlərimi

08.05.2024 232
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

08.05.2024 354
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

08.05.2024 141