Narkoloji Dispanserin direktorunun həbs müddəti UZADILDI

Narkoloji Dispanserin direktorunun həbs müddəti UZADILDINəsimi Rayon Məhkəməsində Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının vəsatəti təmin edilib, həmin şəxslərin barəsində həbs müddəti daha iki ay artırılıb.

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hər üç şəxsin şikayətini təmin etməyib.

Təqsirləndirilən T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov "Report"a bildirib ki, müvəkkilinin səhhətində ciddi problemlər var. O qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin boyun fəqərələrindən biri implantdır: "Buna görə o, xüsusi müalicə olunmalıdır. Hazırda müvəkkilimin durumu ilə bağlı narahatıq. Digər təqsirləndirilən Azad Ələkbərov isə ürəyindən əməliyyat olunub, müalicə müəssisəsində müalicəsini davam etdirir. Hazırda istintaq davam etdiyi üçün ittihama münasibət bildirmək istəmirik".

V.İsrafilov deyib ki, yaxın günlərdə T.Məmmədhəsənovun səhhəti ilə bağlı məhkəməyə müraciət edəcək: "Onun səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılmasını istəyirik. Qarşıdakı günlərdə məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru T.Məmmədhəsənov, şöbə müdiri A.Ələkbərov və mühəndis M.Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 433   Tarix: 12 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 1331
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 696
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 417
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

15:43 176
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 314
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 376
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 776
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 346
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 523