Toyda ürəyindən bıçaqlanan Azərin meyiti morqa aparıldı - Dəhşətli görüntülər VİDEODA

Toyda ürəyindən bıçaqlanan Azərin meyiti morqa aparıldı - Dəhşətli görüntülər VİDEODA
Şirvanda dəhşət yaşanıb, toyda qətl törədilib.

BiG.AZ ARB TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00 radələrində şadlıq saraylarından birində qeydə alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 40 yaşlı Azər Əliyev kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 42 yaşlı Teymur Həsənov da əlindən bıçaq xəsarəti alıb. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar. Qətlə yetirilən şəxsin meyiti müayinə üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasının morquna aparılıb. Daha sonra isə ailəsinə təhvil verilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2335 Tarix: 10.07.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
davinci
davinci 11.07.2018
Beyin iwdemiyende el-ayaq iwliyir odaki bele
Everything is good... Never feel the bad


 
vetenperver
vetenperver 11.07.2018
Demek toy adeti.dusukler.itkimi ic oynamaq uste dava sal.icib qeyrete gelecekler.arvadlari gotuaciq toya gelecek bele peyserlerindeki qeyret qisqanc terefi tutacaq


 
ogul
ogul 10.07.2018
Bedbextler aragi vedre ile icirler.


 
MemarXXX
MemarXXX 10.07.2018
bedbaxt milletik toydan yasa aniden kecirik


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər