Rayondan Bakıya fəhlə işləməyə gələn 19 yaşlı gəncin acı taleyi

Rayondan Bakıya fəhlə işləməyə gələn 19 yaşlı gəncin acı taleyiTörətdiyi əmələ görə F.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Fərhad Quliyev ifadəsində hələ körpə ikən valideynlərinin boşandığını, anasının himayəsi altında böyüdüyünü, hadisədən dörd ay öncə Gəncədən paytaxta işləmək üçün gəldiyini göstərib: "Şüvəlandakı "moyka"da işləyirdim, gecəni də orada qalırdım. Günə 10-15 manat pulum olurdu. Rauf Rüstəmzadə ilə Məhəmməd Sadıqlını da "moyka"da işləyəndə tanımışam. Hadisədən on gün əvvəl Raufgil məni "Anar" kafesinə dəvət etmişdilər. Kafe çox xoşuma gəlmişdi. Ona görə növbəti dəfə mən onları dəvət etdim. Masada əyləşib, pivə sifariş etdik".

Bir qədər sonra Fərid "Gəncəli" mahnısı sifariş verib, dostları ilə birgə rəqs etməyə başlayıb. Elə bu vaxt yan masada əyləşən, yaşca Fəridgildən böyük olan müştərilərdən biri mahnını yarıda kəsdirib: "Bizim mahnımızı saxlatdırıb "Bakılı balasıyam" sifariş etdilər. Məcbur etdilər ki, siz də oynayın. Sonra musiqini tamam saxlatdırıb mübahisə etməyə başladı, başı ilə üzümdən vurdu, yıxıldım. Mən də bıçaqla onu vurdum. Anar adlı şəxs qolumdan tutub çölə çıxaranda bıçaqla onu da vurdum. Raufgil evlərinə getdilər, mənsə "moyka"ya gəldim. Bıçaqla vurduğum şəxsin adının Şamo olduğunu sonradan bilmişəm. Ertəsi gün polislər "moyka"ya gəlib məni bölməyə apardılar".Tale əvvəldən onunla sərt davranmışdı. Bu üzdən "moyka" təkcə iş yeri deyil, həm də sığındığı məkan idi.

Gəncədən Bakıya işləməyə gələn 19 yaşlı gənc gündüzlər bahalı avtomobilləri yuyub-təmizləyir, gecələməyə yeri olmadığından elə burada qalırdı. Əslində alaqaranlıq daxmalarda 2-3 manat ödəməkdənsə "moyka" daha sərfəli idi...

Bəlkə də həyatında ilk dəfə - ötən il "Sevgililər günü"ndə dostları ilə birgə şənlənmək istəyi ona baha başa gəlib. Musiqi sifarişi üstündə mənasız davanın qurbanına çevrilən bu gənci indi uzunmüddətli həbsxana həyatı gözləyir. Artıq nə gecələyəcək yer axtarışındadır, nə də işləyəcək "moyka"...

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda, soyuq silah gəzdirməkdə və iki nəfəri bıçaqlamaqda ittiham olunan 19 yaşlı Fərhad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, hadisə ötən il fevralın 14-də gecə saatlarında Mərdəkan qəsəbəsində yerləşən "Anar" kafesində baş verib. Avtoyuma məntəqəsində işləyən dostları ilə kafeyə şənlənməyə gələn Fərhadın bıçağa əl atmasına səbəb isə yan masada əyləşən müştərilərin onların sifariş etdikləri mahnını yarıda kəsdirib başqa musiqi sifariş etmələri olub. Üstəlik, özlərindən yaşca qat-qat kiçik olan Fərhadla dostlarını da onlarla birgə rəqsə dəvət ediblər. Elə əsl həngamə də bundan sonra qopub. İnsident zamanı Fərhad bıçaq çıxararaq iki nəfərə - 34 yaşlı Şamo Nəsirova və davaya müdaxilə edən 39 yaşlı Anar Əliyevə zərbələr endirib.

F.Quliyev həmin şəxslərin fiziki cəhətdən ondan güclü olduqları üçün qorxutmaq istədiyini, öldürmək niyyəti olmadığını deyib.

Zərərçəkmiş Şamo Nəsirov ifadəsində göstərib ki, dostları ilə birgə "Anar" kafesində pivə içiblər. Digər masada üç nəfər tanımadığı şəxslər musiqi sifariş edib oynayıblar: "Musiqini saxladıb dedim ki, oynamayın, mən oynayacağam. Onlar da kənara çəkildilər. Dostlarım Elməddin və Anarla birlikdə oynadıq. Həmin o üç nəfəri də dəvət etdik. Onların narazı olduqlarını görüb mübahisə etdim və başımla birinin üz nahiyəsinə vurdum, yerə yıxıldı. Yerə yıxıldıqdan sonra belindən bıçaq çıxarıb qarnıma vurdu. Sonradan eşitdim ki, Anarı da ayağından bıçaqlayıb. Dostlarımız bizi xəstəxanaya apardılar. Orada əməliyyat olundum".

Zərərçəkmiş Anar Əliyev ifadəsində "Anar" kafesini icarəyə götürüb işlətdiyini göstərib: "Hadisə zamanı Şamonun üç nəfər gənc oğlanla mübahisə etdiyini gördüm. Onları ayırıb kafedən çölə çıxartdım. Oğlanlardan birinin əlində bıçaq vardı, aldım, çıxıb getdilər. İçəri qayıdanda gördüm Şamonu bıçaqlayıblar. Öz ayağımda keyimə hiss etdim, qan gəlirdi. Bildim ki, məni də bıçaqla vurublar. Huşumu itirdim, ayılanda gördüm xəstəxanadayam".

Qeyd edək ki, Şamo Nəsirov barəsində ayrıca cinayət işi açılıb. Həmin cinayət işində isə F.Quliyevlə dostları zərərçəkmiş qismində tanınıblar.

Məhkəmə prosesi iyunun 29-da davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3002   Tarix: 23 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089