Hüseyn Abbasa: "Papa, buradan mama üçün ev alaq da..." - VİDEO

Hüseyn Abbasa: "Papa, buradan mama üçün ev alaq da..." - VİDEO
"Maşın" realiti-şousunu gözlənilmədən tərk edən müğənni Abbas Bağırov sosial şəbəkə paylaşımı ilə izləyicilərini güldürüb.

Müğənni "Maşın şou"nun yeni başlayan vaxtlarında çəkilən maraqlı videogörüntü yayıb. Videoda bloqer Hüseyn Əzizoğlu, müğənni Roza Zərgərli və Abbas Bağırovun yeni tikilinin içərisində gəzməsi əks olunub.

Görüntülərdə Hüseyn Əzizoğlu Abbas Bağırova zarafatla deyib: "Papa, buradan mama ( Rozanı işarə edərək ) üçün ev alaq da".

Qeyd edək ki, iki gün əvvəl "Maşın şou"da səsverməyə çıxarılan Hüseyn Əzizoğlu hədəfini dəyişərək Abbas Bağırovu oyundan uzaqlaşdırıb. Abbas Bağırov isə verilişi tərk edərkən "Hüseyn mənə "papa", Rozaya "mama" deyirdi", - söyləyib.

mənbə: milli.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1081 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Tahir011
Tahir011 13.06.2018
mən Baxan deyiləm Xəbərlərdən qarşıma çıxır bu nə giç giç proqramlardı.Sözün Bitdiyi yer bu olsa gərək


 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər