Yayda şirniyyatlar necə saxlanılmalıdır? - Mütəxəssis rəyi - VİDEO

Yayda şirniyyatlar necə saxlanılmalıdır? - Mütəxəssis rəyi - VİDEOHavalar isinir, qənnadı məhsulların saxlanma qaydalarına riayət məsələsi yenidən aktuallaşır.

BiG.AZ xezerxeber.az-a məlumatına görə, çünki bu məhsulların tərkibindəki maddələr zəhərlənməyə və orqanizmdə allergiyanın yaranmasına gətirib çıxara bilər.

Qida eksperti İsa Əliyev deyir ki, qənnadı məhsulların hər birinin xüsusi saxlanma qaydası var. Ancaq bu qaydalara bir çox hallarda düzgün riayət olunmur.

Mütəxəssis deyir ki, fəsildən asılı olmayaraq, şirniyyatlar soyuducada saxlanılmalıdır. Ancaq burada dərəcə də önəmlidir.

Qida eksperti deyir ki, şirniyyat soyuducudan çıxarıldıqdan sonra 2 saat otaq şəratində qalıbsa, onu yenidən soyuducuya qoymaz düzgün deyil. Bundan başqa, şirniyyatların saxlanma müddətləri tərkibindən asılı olaraq dəyişir.

Qida ekspertləri yay aylarında şirniyyatdan mümkün qədər az istifadə etməyi tövsiyə edirlər. Tərkibində quru meyvələr, təbii şəkər varsa, bu şirniyyatlardan daha çox istifadə etmək məsləhətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1502   Tarix: 09 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş