Həkim səhlənkarlığı daha bir körpəni öldürdü? Həyatım bahasına olsa da... - ŞİKAYƏT
Bakı sakini Elmar Zülfüqarov redaksiyamıza müraciət edərək yeni doğulmuş qızının həkim Vəli Behbudov tərəfindən yüksək dozalı dərmanlarla öldürüldüyünü iddia edir.
Bununla bağlı BiG.AZ-a açıqlama verən Elmar Zülfüqarov bildirib ki, Vəli Behbudovun uşağıma təyin etdiyi dərmanların hər birini mən saxlamışam: "Bir kiloqram yarım uşağıma yüksək dozalı dərmanlar təyin edib ürəyini dayandırdı. Mənim əlimdə bütün sübutlar var. İlkin ekpertizanın nəticəsinə görə qızım ürək dayanmasından ölüb. Hazırda Vəli yoxa çıxıb. Amma o yerin içinə də girsə tapıb çıxardacam. Mənim qızım ölüb. İstəmirəm ki, digər uşaqlar da Vəli kimi dələduzun qurbanı olsun. Mənim uşağım başqa özəl klinikasında dünyaya gəlib. Həmin klinika düzgün diaqnoz qoysa da biz onlara deyil Vəliyə inandıq. 250 minlik maşını həkim hansı pulla ala bilər. Əlbəttə insanları aldadaraq aldığı pullardan o maşını alıb. O, bütün xəstəxanaları gəzib, Mərkəzi Klinik Xəstəxanasına xəstə yığır".
Elmar Zülfüqarov vurğulayıb ki, qızının doğulduğu özəl xəstəxanada əməliyyat məsləhət gördülər: "Qızıma əməliyyat məsləhət gördülər, qeyd etdilər ki, yüngül əməliyyatdır. Amma bu dələduz Vəli bildirdi ki, mən uşağı 3 günə sağaldıram. Mənim qızım normal gündə 8 dəfə 30 milli südlə qidalanırdı. Heç bir problemi olmadan biz onu digə özəl klinikdan çıxartdıq. Onlar əməliyyat dedilər deyə mən Vəlini oraya gətizdirdim. O, mənə dedi ki, Mərkəzi Klinik Xəstəxanaya 1500 manat pul ödə sənə uşağını sağlam verəcəm. Məndə inandım. Nəyin ki, 1500 manat mənim ora 4000 manat pulum çıxdı. Uşağımı da öldürdülər. Hələ mənə xəstəxanaya 600 manat borcumun olduğunu da söylədilər".
Şikayətçi onu da söyləyib ki, Vəli Behbudov uşaqların həyatı ilə oynayır: "Amma bilsin ki, bu mənim həyatım bahasına da olsa onu tapacam. Özümü yandıracam, amma onu cəzsız qoymayacam. Mərkəzi Klinik Xəstəxananın digər həkimləri məni görəndə göz yaşlarını saxlaya bilmədilər. Dedilər ki, uşaq ölməli deyildi. Uşağımız heç bir aparata bağlı olmayıb. Sağlam uşaq idi. Yüksək dozalı dərmanları verib qızımın ürəyini dayandırdı. Mən hadisə ilə bağlı Səbail Rayon Prokurorluğuna müraciət etmişəm. Bir kiloqram yarım uşağa vurulmamalı olan dərmanlar təyin edib. Təsəvvür edin qızıma gündə iki dəfə yüksək dozalı dərmanlar vurulub. Verashpiron və lazix sidikqovucudur, bədəndən mayeni qovur və insanı halsızlaşdırır. Dideral və kaptopril ürəyin döyüntülərini azaldır. Belə çıxır ki, bu insanın məqsədi elə mənim uşağımı öldürmək olub. Mən Vəli Behbudovun cəzalandırılmasını istəyirəm".
Məsələ ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya sorğu göndərilib, sorğumuza verilən cavab dərc ediləcək.
Yazıda adıçəkilən Vəli behbudovla əlaqə saxlasaq da telefonuna zəng çatmayıb, məsələ ilə bağlı onun mövqeyini dərc etməyə hazırıq.
Aysel Yusifqızı



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3580 Tarix: 30 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldonun ailəsi ulduz futbolçunun radikal qərarını AÇIQLADI
Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb. -ın xarici mediaya istinadən məlumatına görə, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib. Kitabın təqdimatı zaman
16.10.2026 241 Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma
16.10.2026 215 İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək
16.10.2026 254 Məktəbdə əsas məqsəd geyim deyil, təhsil olmalıdır
"Məktəblərdə vahid geyim formasının tətbiqini təhsildə nizam-intizamın qorunması, bütün şagirdlər üçün bərabər mühitin yaradılması və dünyəvilik prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm hesab edirəm. Məktəb ilk növbədə bilik və tərbiyə ocağıdır. Burada əsas diqqət şagirdlərin geyiminə
16.10.2026 272 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
16.10.2026 223 Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar
16.10.2026 243 Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16.10.2026 419 AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni
16.10.2026 276 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 162