Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, regional və yerli idarələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Prezident İlham Əliyevin siyasi fəaliyyətinə, dövlətçilik strategiyasına və ölkəmizin inkişafına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsindən, dövlətçilik ənənələrinin daha da gücləndirilməsindən və tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub
Şəhər İcra Hakimiyyətinin Başçısı eyni zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışına toxunaraq çıxışın dövlətimizin keçdiyi şərəfli tarixi yolun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin aydın ifadəsi olduğunu bildirdi. İcra Hakimiyyətinin Başçısı həmçinin Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışında qeyd olunan fikirlərin ölkəmizin gələcəyi üçün yol xəritəsi olduğunu diqqətə çatdırdı. Nitqin yekununda xüsusilə qeyd edilib ki, cənab Prezidentin çıxışında vurğuladığı məqamlar hər birimiz üçün ciddi tapşırıqdır. Məhz bu istiqamətlərdə heç kəs kənara çəkilməməli, tapşırıqların icrası ilə bağlı qanunamüvafiq tədbirlər görməlidir.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərlik etdiyi 23 illik fəaliyyət dövründə Azərbaycanın qazandığı möhtəşəm iqtisadi sıçrayışdan və beynəlxalq müstəvidəki sarsılmaz mövqeyindən geniş danışıb. Rayon təşkilatının sədri Prezident İlham Əliyevin çoxşaxəli idarəçilik strategiyasının ölkəmizi tarixi Zəfərə və tam suverenliyə çatdıran ən əsas amil olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, YAP Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən partiyamızın son qurultayında səsləndirilən konseptual fikirlərin respublikanın gələcək addımları üçün əsas istiqamətverici gücdür. Dövlət Başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe və gələcəyə yönəlmiş ideoloji çağırışları hər bir vəzifəli şəxsdən maksimum idarəçilik məsuliyyəti tələb etməklə yanaşı, Azərbaycanın təhlükəsizliyi və sarsılmazlığı baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi, Yevlax rayonu üzrə nümayəndə Günel Cəfərova, Yevlax şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli və Mingəçevir Regional "ASAN xidmət" Mərkəzinin əməkdaşı Əlirza Abdullayev çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizin hərtərəfli inkişafında, sosial rifahın yüksəldilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və tarixi Zəfərin qazanılmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, xalqın öz Prezidentinə olan inamı, milli birlik və həmrəylik ölkəmizin gələcək inkişafının əsas təminatlarından biridir.
Tədbirin bədii hissəsində Yevlax Şəhər Mədəniyyət Mərkəzinin solisti, VIII Muğam Televiziya Müsabiqəsinin laureatı Sabir Hüseynovun ifasında musiqi nömrələri təqdim olunub. İfa olunan musiqi nümunələri tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.
Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilibYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 188   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 395
.

Məktəb müqəddəsdir - uşaqlar Azərbaycanın gələcəyidir!

Məktəb yalnız bilik verilən bir məkan deyil. Məktəb bir xalqın gələcəyinin formalaşdığı, milli düşüncəsinin inkişaf etdiyi, vətəndaşlıq məsuliyyətinin aşılandığı müqəddəs bir ocaqdır. Burada uşaqlar həyata hazırlanır, elmin sirlərini öyrənir, Vətənə, dövlətə və insanlığa faydalı şəxsiyyət kimi yetişirlər

11:09 100
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 437
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 397
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 269
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 332
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15.10.2026 353
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 115
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 197
.