300 manatlıq əskinaslar da buraxılır

300 manatlıq əskinaslar da buraxılırMərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var.

BiG.AZ xəbər verir ki, təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov modern.az-a açıqlama verib.

V.Əhmədov bildirib ki, Mərkəzi Bankın həyata keçirdiyi son siyasət heç bir inflyasiya və devalvasiyadan xəbər vermir:

"Çünki Mərkəzi Bank pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əskinasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsir səbəbi deyil. Hətta dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu barədə müzakirələrimiz oldu. Sədr də qeyd etdi ki, hazırda Azərbaycanın kifayət qədər ehtiyatları var və narahat olmağa dəyməz".

Deputat yeni əskinasların hansı zərurətdən buraxılmasına da aydınlıq gətirib:

"Əskinasların buraxılması Cümhuriyyətin 100 illiyi və mərhum Heydər Əliyevin 95 illiyilə əlaqədardır. 2 datanı birləşdirib 200 manatlıq əskinas, o cümlədən xatirə medalları buraxıldı. Əskinaslardan başqa, üzərində Heydər Əliyevin şəkilləri olan xatirə medalları buraxılır".

V.Əhmədov bu gündən etibarən 200 manatlıq əskinasların dövriyyəyə buraxılacağını bildirib:
"Hər ikisi bu gündən dövriyyəyə buraxılacaq. Pul kütləsinə nəzarət mexanizmini Mərkəzi Bank həyata keçirir. Məsələn, lazım gələrsə, 50 manatlıq, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq. Araşdırma aparılır, bu addım planlı şəkildə həyata keçirilir, özbaşınalıq deyil ki, kim necə istəyir elə də etsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1181   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245