"Veysəloğlu" şirkəti saxta kərə yağı iddialarına CAVAB VERDİ - AÇIQLAMA

"Veysəloğlu" şirkəti saxta kərə yağı iddialarına CAVAB VERDİ - AÇIQLAMAXəbər verdiyimiz kimi jurnalist Elçin Bayramoğlu mağazalara Belarus adı ilə saxta kərə yağlarının satılması ilə bağlı özünün şəxsi sosial səhfəsində məlumat paylaşıb. O, qeyd edib ki, satıcılar dediyinə görə həmin yağlar "Veysəloğlu" tərəfindən gətirilir: Daha hardan gətirir, kim düzəldir bilmirik. Üstünə adi bir kağızda Belarusiya yağı yazılır. Heç bir başqa məlumat yoxdur. 1 kq-lıq əyri-üyrü paketlərdə 4 manatdan 16 manatadək qiymətdə xalqa sırıyırlar. Özüm məxsusi yoxlamışam evdə, adi kimyəvi marqarindir. Kərə yağından əsər əlamət yoxdur dadı da acıdır".

Bununla bağlı BiG.AZ saytına Veysəloğlu Şirkətindən bildirilib ki, Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir:

"Son günlər sosial şəbəkələrdə ölkə bazarında Belarusiya kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur. Respublikamıza Belarusiyadan kərə yağı idxalı ilə məşğul olan şirkətlərdən biri də Veysəloğlu MMC-dir. Şirkət olaraq kərə yağlarını Belarusiyanın tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən tədarük edirik. Müəssisədən ölkəmizə idxal olunan kərə yağları "Milk World" və "Shuchinski Belarus" adı altında pərakəndə və topdan satış mağazalarına paylanılır. "Milk World" adı ilə satışda olan kərə yağları marketlərdə 1 kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. "Shuchinski Belarus" kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki, hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri, rəsmi internet səhifəsi - məlumatlar qeyd olunub. Bundan başqa "Milk World" 1 kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.

İstehlakçılara bildirmək istəyirik ki, bəzi işbazlar Belarusiya kərə yağlarının keyfiyyətli olması və bu yağlara alıcılar arasındakı müsbət rəydən istifadə edərək digər qarışıq yağları təmiz kərə yağı adı altında istehlakçılara təqdim edir. Alıcılardan bu məsələdə həssas və daha diqqətli olmalarını tövsiyyə edirik.

Veysəloğlu MMC tərəfindən idxal olunan bütün qida və qeyri qida məhsulları Keyfiyyətə nəzarət departamentinin Mərkəzi Laboratoriyasında, həmçinin yerli və xarici ölkələrin akkreditasiya olunmuş laboratoriyalarında orqanoleptik, keyfiyyət, qida təhlükəsizliyi, markalanma, qablaşdırmanın bütövlüyü, daşınma və qəbul zamanı temperatur göstəriciləri və digər kriteriyalar üzrə standartın tələblərinə uyğun şəkildə yoxlanılır. Standartlara cavab verməyən və istehlakçı üçün təhlükəli sayılan məhsulların tədarükü dərhal dayandırılır və məhsul geri göndərilir.

Veysəloğlu Şirkəti olaraq hər zaman insanların sağlam qida ilə təmin olunmasını diqqətdə saxlayır, idxalını həyata keçirdiyimiz məhsulların, o cümlədən kərə yağı məhsullarının keyfiyyətinə tam zəmanət veririk".

Aysel Yusifqızı
"Veysəloğlu" şirkəti saxta kərə yağı iddialarına CAVAB VERDİ - AÇIQLAMA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2490   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

TOP MP3