"... bu Azərbaycan müxalifətinin əsl mahiyyətini göstərir" - Müxalifət yenə ÖZ AMPLUASINDA

"... bu Azərbaycan müxalifətinin əsl mahiyyətini göstərir" - Müxalifət yenə ÖZ AMPLUASINDASon dövrlərdə Ermənistanda hakimiyyət dəyişimi və Nikoil Paşinyanın baş nazir təyin edilməsi Azərbaycan müxalifətini sosial şəbəkələrdəki aktivliyini artırıb. Hətta elələri var ki, özlərini Paşinyan dəstəkçisi kimi göstərərək Ermənistanda baş verən vətəndaş qarşıdurmasını bizim üçün arzulayırlar.

Hətta son günlər sosial şəbəkə üzərindən də açıq-aydın şəkildə bunu hiss etmək mümkündür. Belə ki, bəzi paylaşımlarda ermənilərlə səmimi söhbətləşən həmyerlillərimizə də rast gəlirik. Bu bəzi hökumətə qarşı olan qüvvələrin xəyanətidirmi, yoxsa sadəcə olaraq erməni təxribatı?

"... bu Azərbaycan müxalifətinin əsl mahiyyətini göstərir" - Müxalifət yenə ÖZ AMPLUASINDABununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Mirzəzadə qeyd edib ki, belə həssas məqamda Azərbaycan müxalifəti də öz pis niyyətlərindən qalmırlar. Ölkə müxalifətinin böyük bir hissəsi ölkəmizdə vəziyyətin pisləşməsini, vətəndaş qarşıdurmasını arzulayırlar:

"Məqsəd də hakimiyyətə yol açmaqdır. Onlar üçün dövlətin inkişafı deyil, özlərinin hakimiyyətdə olması daha önəmlidir. Son dövrlərdə Ermənistan hadisələrindən ruhlanaraq az qala özlərini Pşinyan tərəfdarları elan etməsi əlbəttə onların Azərbaycan müxalifətinin əsl mahiyyətini göstərir. Nikoil Paşinyan hakimiyyətə Ermənistandakı böhran nəticəsində gəldi. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə inkişafdan geri qalıb. Əhali ölkəni tərk edir, yerdə qalanların yaşayış vəziyyəti olduqca ağırdır. Ermənistan üçün bu ideal vəziyyət deyil. Bu gün Ermənistandakı sosial-iqtisadi vəziyyətin Azərbaycanda olmasını arzulamaq vətənə, millətə xəyanətdir. Ölkəmizi pis vəziyyətdə görmək bir daha göstərdi ki, Azərbaycan müxalifətinin əsas məqsədi nədən ibarətdir".

"... bu Azərbaycan müxalifətinin əsl mahiyyətini göstərir" - Müxalifət yenə ÖZ AMPLUASINDACənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistandakı vəziyyətə sevinənlərə və o ölkədə baş verənləri ölkəmizdə arzulayanlara ölkəmizdə yer ola bilməz:

"Biz bilməliyik ki, Ermənistan işğalçı və düşmən ölkədir. Burada baş verən hər hansı hadisələrin regiona müsbət təsirləri gözlənilmir. Kimsə Paşinyanın və müxalifətin qələbə çalmasına sevinirsə, demək Ermənistan vətəndaşlarının mövqeyini dəstəkləyir.Bu yolverilməz addımdır bunu edənlər heç vaxt vətənpərvər ola bilməz. Kimsə, Paşinyanın seçilməsinə sevinirsə onun Azərbaycan siyasətində yeri yoxdur".

Aysel Yusifqızı

"... bu Azərbaycan müxalifətinin əsl mahiyyətini göstərir" - Müxalifət yenə ÖZ AMPLUASINDA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 888   Tarix: 14 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774