Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakıda iki maşın toqquşdu: ölən və yaralananlar var

Bakıda ağır yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 30-u saat 23:55 radələrində Babək prospektində Bakı şəhər sakinləri Emin Əliyevin idarə etdiyi "VAZ-2107" markalı və Rafiq Rəhmanovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə E.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb, "Mercedes" markalı avtomobilin sərnişinləri Hökümə Rəhimova və oğlu İbrahim 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Babək prospektində "VAZ 2107" ilə "Mersedes" markalı avtomobillər toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakıda tapança ilə güllələnmiş şəxs cinayəti gizlədə bilmədi

Bakı şəhərində güllələnmə olub.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 18-də Bakı şəhər sakini Ruslan Zeynalov bud nahiyəsinin kəsilmiş xəsarəti ilə 1 saylı Şəhər Xəstəxanasına müraciət edib. O, izahatında xəsarəti yıxılma nəticəsində aldığını bildirib.

Araşdırma zamanı R.Zeynalovun xəsarəti odlu silahdan açılmış atəş nəticəsində alması müəyyən edilib. Yasamal rayon Polios İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məhərrəm Əliyev tutulub. Ondan "Makarov" markalı tapança aşkar edilib.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakıda bıçaqlanma: 2 yaralı

Bakıda iki bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 30-da Sulutəpə qəsəbəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Saday Əliyev qəsəbə sakini Vidadi Xanəliyevə bıçaq xəsarətləri yetirdikdən sonra ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gələrək könüllü təslim olub.

Digər hadisə isə paytaxtın Qaçaq Nəbi küçəsində qeydə alınıb. Bakı şəhər sakini Raman Muradov Elmir Hüseynovu boğaz nahiyəsindən bıçaqlayıb. Hadisəni törədən R. Muradov Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakıda firmadan oğurluq edilib - 3 həbs

Bakıda "Qasid"ə məxsus qəzet köşkündə oğurluq olub.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 26-da F.Əmirov küçəsində yerləşən "Qasid" firmasına məxsus qəzet köşkündən qapının qıfılını sındırma yolu ilə 625 manat, ödəmə kartları, siqaretlər və alışqanlar, martın 29-na keçən gecə isə həmin köşkdən eyni üsulla noutbuk, tütün məmulatları və internet kartları oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Abbasov, Kürdəmir rayon sakini Eldəniz Ələkbərov və Astara rayon sakini Emil Babayev martın 30-da tutulublar.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam edir.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakıda ağır qəza: 3 ölü, 2 yaralı

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Ötən gün Bakı ərazisində baş vermiş ağır qəzada ölənlərin şəxsiyyəti məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 30-da saat 04:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Xırdalan şəhər sakini Səyədulla Qardaşov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə sürücü və sərnişinləri - Bəhlul İsmayılov, Nurlan Qurbanov hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri - Yalçın İbişov və Elvin İsmayılov isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, qəza zamanı 3 nəfər dünyasını dəyişib.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara yolunda baş verib. "Mercedes" markalı maşın yoldan çıxaraq aşıb. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakı bulvarında intihar cəhdi

Bakıda kişi bulvarda həyatına son qoymaq istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumфta görə, martın 29-da Səbail rayonundakı "Milli Park"ın ərazisində Bakı şəhər sakini Vüsal Qədirov intihar məqsədilə özünü dənizə atmağa cəhd göstərib. Cəhdin qarşısı Səbail RPİ əməkdaşları tərəfindən alınıb.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Bakının mərkəzi prospektində yol qəzası baş verib

Dünən 21:00 radələrində Bakıda Babək prospektində yol qəzası baş verib.

Day.Az-a istinadən xəbər verir ki, VAZ 2115-lə BMW markalı avtomobil toqquşdu.

Qeyd edək ki, VAZ 2115 markalı avtomobil sahibi tərəfindən iki gün əvvəl alınmışdı.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)İsveç televiziyasında "Eurovision-2012"-nin 42 mahnısının müsabiqədən əvvəl müzakirəsi və səsverməsi olacaq

Aprelin 16-dan etibarən İsveçin SVT telekanalında "Before ESC" ("Eurovision"dan əvvəl) verilişi start götürəcək.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, verilişdə "Eurovision-2012"-də səslənəcək 42 mahnının hər biri dinləniləcək və həmin kompozisiyalar 1-dən 5-ə qədər bal sistemi ilə qiymətləndiriləcək. Maraqlı məqamlardan biri də odur ki, şounun aparıcısı İsveçin "Eurovision" Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Krister Byorkman özüdür.

57-ci Eurovision Mahnı Müsabiqəsinin mahnılarına şərhlər və səsvermədə məşhur teleaparıcı Cina Diravi, iki dəfə "Melodifestivalen"in iştirakçısı olmuş Mans Zalmerlov, İsveçi 2004-cü ildə "Eurovision" Mahnı Müsabiqəsində təmsil etmiş Lena Filipson, müğənni və aktrisa Lizet Pagler, "Eurovision" eksperti Tomas Lundin iştirak edəcək.

İlk şou aprelin 16-da olacaq. Şounun digərləri isə aprelin 23-ü, 30-u və mayın 7-də yayımlanacaq.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)Can Bonomo tanıtım turuna start verir

Aprelin 1-dən Türkiyənin 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Can Bonomonun tanıtım turu start götürəcək.

Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, müğənninin ilk dayanacağı Xorvatiya olacaq.

Can Bonomo "Love Me Back" adlı müsabiqə mahnısı ilə Monteneqro və Sloveniyaya da gedəcək. Tanıtım turunun ilk mərhələsinin 4 gün ərzində tamamlanacağı nəzərdə tutulub.

Türkiyə təmsilçisi səfər çərçivəsində bir neçə televiziya verilişlərində qonaq olacaq.

Tanıtım turunun növbəti mərhələsi aprelin ikinci həftəsindən start götürəcək.

Dünən baş vermiş son xəbərlər (Hadisə, Cəmiyyət, Kriminal, Texnologiya , Mədəniyyət)"Chrome 18" gəldi

Sistem yenilənmələrindən başqa, yeni versiya geniş qrafik funksiyalarla da təmin edilib.

Google şirkəti açıq Chrome veb-brauzerinin yenilənmiş versiyasını buraxaraq bu yaxınlarda keçirilən Pwnium haker yarışması zamanı aşkar olunan bəzi boşluqları aradan qaldırıb. Anspress-in məlumatına görə, sistem yenilənmələrindən başqa, yeni versiya geniş qrafik funksiyalarla da təmin edilib.

Aradan qaldırılan doqquz boşluq Pwnium yarışmasında nümayiş olunub və onların hər birinə görə Google 4 min dollar ödəyib. Həmçinin Sergey Qlazunov tərəfindən aşkar edilən təhlükəli proqram səhvi də aradan qaldırılıb. O, buna görə 60 min dollar əldə edib.
Bütün bunlarla yanaşı, Chrome-un yeni versiyasına aparat vasitələrinin sürətləndirilməsi üçün Canvas 2D elementi, eləcə də WebGL-in, xüsusilə 3D kontentin emalı üçün geniş dəstək imkanı daxildir. Bundan başqa, Chrome 18 Adobe Flash Player-in yenilənmiş versiyasını da dəstəkləyir, Cybersecurity yazır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7062   Tarix: 01 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Birliyi Ukraynaya birgə kredit vasitəsilə iki il ərzində 90 milyard avro verəcək

Avropa Birliyinə üzv olan ölkələrin liderləri Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək əvəzinə, 90 milyard avroluq birgə kredit hesabına ödənilməsi barədə razılığa gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Avropa İttifaq

13:26 155
.

Köhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?

Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi

10:16 257
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

14:44 138
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

13:55 249
.

Mobil operatorların illərdir iflic olan zəng mərkəzləri... Tarıma çəkilən əsəblər, saatlarla xəttdə gözləyən abonentlər

İllərdir mobil operatorların telefon mərkəzlərinə zəng etdikdə abonentlər ən azı 30-40 dəqiqə xəttdə gözləyirlər. Zəng zamanı abunəçilər sözün əsl mənasında operatora bağlanmaq uğrunda mübarizə aparırlar. Mobil rabitə sahəsində qiymətlərin günü-gündən bahalaşdığına baxmayaraq, xidmət səviyyəsi və keyfiyyə

12:09 215
.

Bakıda FACİƏ: gənc qız 14-cü mərtəbədən yıxılıb öldü

Bakıda gənc qız hündürmərtəbəli binadan yıxılıb. -ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 22 yaşlı G. Abdullayeva binanın 14-cü mərtəbəsindən yıxılaraq, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

17:33 52
.

Tramp Venesuelada hərbi əməliyyatlara işarə edib

ABŞ prezidenti Donald Tramp sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanmasına göstəriş verdikdən sonra ölkəyə qarşı hərbi əməliyyatın keçiriləcəyini istisna etmədiyini bildirib. NBC News-a telefonla danışan Tramp ABŞ-Venesuela gərginliyinə münasibət bildirib. BİG.AZ NBC News-

16:35 109
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

16:34 255
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

17:33 45
.

TOP MP3