Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı, yayılan hər bir görüntünün onların gələcəkdə özünü qoruma imkanlarını məhdudlaşdıra biləcəyini nəzərə almalıdır.
Mövzu ilə bağlı Azvision saytının rəhbəri, media eksperti Vüsal Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, mənim dostumun oğlu baxçada tərbiyəçinin təzyiqinə məruz qalmışdı. Onun sözlərinə görə, bu haqda saytlar yazdı. Yəni uşağın adı, şəkili hamısı xəbərdə getmişdi: "Sonra həmin uşaq böyüdü və məktəbə getdi. Bir neçə ildən sonra bu ailəyə və uşağın özünədə problem yaratmağa başladı. Çünki məktəb yoldaşları uşağın adını internetdə yazırdılar və həmin yazı və şəkil çıxırdı. Eyni zamanda ailənin qohumları internetdə uşağın adını yazanda həmin xəbər çıxırdı və bu narahatlıq yaradırdı. Həmin yoldaş xəbəri saytlardan çıxartdırmaq istəyirdi.
Buna görə 2 ilə yaxın əziyyət çəkdi. Bir neçə üzdəniraq redaktor xəbəri saytdan çıxartmaq üçün ondan pul tələb etmişdi. Məndə ona əlimdən gələn köməyi etdim. Nəhayət 2 ildən sonra böyük çətinliklə biz buna nail olduq. Mən düşünürəm ki, ümumiyyətlə özünün adının mediada hallanmasını istəməyən istənilən bir şəxslə bu məsələdə anlayışlı davranmaq lazımdır. Məsələn, ola bilər ki, bir xanım əri tərəfindən zorakılığa məruz qalıb, boşanıb və yenidən ailə qurub.
Onun adının internetdə köhnə konteksdə hallandırılması, yeni ailəsində həyat yoldaşı ilə münasibətdə problem yaradır. Biz anlayışla qarşılamalıyıq. Ola bilər ki, insan nəsə bir xırda dələduzluq törədib, amma yeni həyata başlayıb və yeni həyatda bu xəbərlər ona mane olursa, anlayışla qarşılamalıyıq. İnsanın bir unudulma haqqı olmalıdır və biz bu haqqı tanımalıyıq. Uşaqlar isə bunu dərk eləmirlər və böyüyəndə xəbərlər onlara problem yarada bilər.
Onların əvəzinə jurnalist bunu nəzərə almalıdır, düşünməlidir ki, bizim yazdığımız xəbər kiminsə həyatında çətinliyə, xoşagəlməz hallara səbəb olmamalıdır. Bu bizim missiyamıza ziddir. Biz insanın həyatını daha yaxşı eləmək üçün, yüngülləşdirmək üçün bunu yazırıq. Yox o məqsədlə material hazırlayıb, əksinə insanın gələcəyində ona mane olacaq hallara səbəb oluruqsa, deməli düz iş görmürük. Meyar bu olmalıdır və təssüfki çoxları bu meyarı nəzərə almırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 592 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Ermənistanın Aİ-yə inteqrasiyasını maliyyələşdirməkdən imtina etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiyanın Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirmək niyyətində olmadığını bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Vurğulamaq istəyirəm: Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bun
18.09.2026 183 "Kontakt Home"dan aldığı bütün əşyalar xarab çıxdı - Şikayət
Son bir il ərzində "Kontakt Home"dan aldığım məhsullarla bağlı dəfələrlə ciddi problemlərlə üzləşmişəm və artıq bunu ictimai şəkildə paylaşmaq qərarına gəldim. Demək olar ki, aldığım məhsulların bir çoxunda qısa müddət ərzində nasazlıq yaranıb. xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsind
18.09.2026 270 Ərdoğan bu torpağa ayaq basa bilməyəcək - Katz
Qəzzada artıq başa düşürlər ki, HƏMAS yolu uğursuzluğa düçar olub. xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb. "Baş nazir Benyamin Netanyahu ilə birlikdə həyata keçirdiyim siyasət aydın prinsipə əsaslanır: cihadçı terror təşkilatları qarşısında İsrail onları
18.09.2026 246 Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bakıda kişi həyat yoldaşını marketdə, autizmli övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın
18.09.2026 366 15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video
Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa
18.09.2026 216 Prezident strategiyanı müəyyən edir, əsas məsələ onu nəticəyə çevirməkdir
"Azərbaycanın son iyirmi ildən artıq iqtisadi inkişafına nəzər salanda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviqi, işğalda
18.09.2026 203 Qonaqlara yeməyin içərisində 49 min qarışqa yedirən məşhur restoran cərimələndi
Cənubi Koreyanın paytaxtı Seulda iki "Michelin" ulduzuna sahib "Evett" restoranı yeməklərdə istifadəsinə icazə verilməyən qarışqalardan istifadə etdiyi üçün cərimələnib. xarici mediaya istinadla xəbər verir ki, restoranın sahibi 18,4 min manat, müəssisəni idarə edən şirkət isə 12,
18.09.2026 212 Əti soyuducuda harada saxlamaq olar? - Sadə təhlükəsizlik məsləhəti
Çiy ətin soyuducuda düzgün saxlanılması yalnız məhsulun təzəliyini qorumaq üçün deyil, həm də qida zəhərlənməsi və digər məhsulların çirklənməsi riskini azaltmaq baxımından vacibdir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər çiy ət, quş əti və dəniz məhsullarının soyuducunun aşağı rəfində
18.09.2026 209 Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı foto və videoların hazırlanmasını asanlaşdırsa da, bu imkanların başqa şəxslərin görüntülərindən icazəsiz istifadə olunması ilə bağlı hüquqi riskləri də artırır. Xüsusilə bir şəxsin fotosu əsasında onun real görüntüsünə bənzər saxta foto və ya vide
18.09.2026 333