"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏXəbər verdiyimiz kimi, "Lotu Quli"yə yaxınlığı ilə bilinən, bir müddət əvvəl İsveç polisi tərəfindən saxlanılan azərbaycanlı kriminal avtoritet Elnur Şuşalı azadlığa buraxılıb. Azadlığa buraxılan Elnur Şuşalı BiG.AZ saytına eksklüziv müsahibə verib.

BiG.AZ sözügedən müsahibəni oxuculara təqdim edir.

-Azadlığa çıxdınız, çox keçmədi ki, oğlunuzla şəkilləriniz yayımlandı. Bu şəkilləri kim yayır? Bəlkə sizin azadlıqda olmağınızı istəmirlər?

-Mən heç bir zaman deməmişəm ki, mənim şəklimi və yaxud da haqqımda məlumat paylaşsınlar. Bəzi jurnalistlər reytinq qazanmaq üçün məndən istifadə edirlər. Elələri də var ki, mənimlə düşmənçilik aparır. Həyatda insan bilmədiyini gərək danışmasın. Mən deyə bilmərəm bunu kim yayır. Mənim xalq artisti Zöhrə Abdullayeva ilə də şəkillərimi yaydılar. Oğlumun toy məclisinə gəlmişdi, orada çəkilmişdi həmin şəkil. İnşallah məclislərimizə bütün tanınmışları dəvət edəcəyik, burda nə var ki, belə yayımladılar şəkilləri? İnsan etdiyi hər bir şeyə görə cavab verəcək. Sadəcə vaxtı var.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ-Elnur Şuşalı necə oldu ki, bu səviyyəyə gəldi çatdı?

-Elnur Şuşalı Azərbaycan bayrağını ən yüksək səviyyədə dalğalandırıb. İlk dəfə məni tutduran insan dövlət məmuru olub. Universitetdə oxuduğum vaxtlarda bir qız ağlayırdı. Gənc tələbə qız mənə dedi ki, müəllim mənə qiymət yazmaq üçün nəsə təklif edir. Mən onda həmin müəllimi sillə ilə vurmuşam. Mən qarşıma məqsəd qoydum ki, həyatda yaşadığım müddətdə heç bir zaman icazə vermərəm ki, kimsə xanımın namusuna ləkə gətirsin və yaxud da bir kasıbın haqqını yesin. Elnur Şuşalı insanlara verdikləri dəyər qarşısında qiymət verir. Avtoritet deyəndə insanlar onu pis başa düşür. Amma dərinliyinə getmək lazımdır ki, niyə krimnal aləminə düşür. Kriminal avtoritet bu yola kiminsə namusunu qoruduğuna görə düşür.

-Sizin aləmdə ağı-qaradan seçmək olmur. Bunları kim seçəcək?

-Hər zaman cavanlara deyirəm ki, cinayət törətmədən kriminal avtoritet aləminə daxil olun. Elə oğlanlar var ki, cinayət törətmədən ad qazanır. Əgər gənclərə məktəbdə, universitetdə və yaxud da cəmiyyətdə düzgün yol göstərən yoxdursa o, demək deyil ki, bunun səbəbkarı bizlərik. Bu gün toyuq oğrusu da özünü kriminal avtoritet adlandırır.Təmiz yaşayan insan heç bir kasıbın evinə girməz, heç kimin haqqını yeməz. Bu gün qoyun oğrusu həbsdən təsbehlə çıxır. Onların günahkarı biz deyillik.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ-Rövşən Lənkəranski "Quli", onlar bir-birinin adamını öldürməklə məşğuldur. Əgər o, insanlar haqqın tərəfindədirsə onlar niyə bir-birilərini öldürürlər?

-Allah Rövşən Lənkəranskiyə rəhmət, Quluya can sağlığı versin. Bir yerdə işləyən iki iş adamı olur. Zaman gəlir onlar yollarını ayırırlar. Biri haqqın tərəfi, digəri isə yalnış olur. Bu gün dövlətin içində vəzifəli şəxslər bir-birini qırırlar. Mən olimpiyadada iştirak haqqı qazanmışdım. Orda iştirak etməyim üçün dövlət məndən pul istədi. Biz bunları yaşaya-yaşaya görmüşük. Bu gün mən kimisə vururamsa gedib təslim oluram.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ-Mənə də xoş gəlmir ki, Rusiyada, yaxud hansısa başqa ölkədə azərbaycanlılar bir-birini vururlar.

-Bu həyatda hər kəs öz adı ilə tanınırlar. Hər bir insan öz əməlinə görə cavab verir. Bu gün heç kimin haqqı yoxdur cəm halda danışsın. Məni heç kim pisləyə bilməz. Heç kimin adamı deyiləm. Hər kəslə qardaşlıq edə bilərəm. Elnur Şuşalı yardım edir deyirlər ki, özünü göstərir. Etməyəndə də öz pis oluram. Mən uşaq evinə köməklik göstərəndə bir nəfər mənə sağ ol dedi. Amma müsahibə verəndə dedi ki, belə bir şey olmayıb.

-Avtoritetlərin evlənmə məsələsinə necə baxırsınız?

-Bəxtiyar da, Hikmət də ailəli olub. Elə insanlar var ki, kinolara baxıb, ağzına gələni danışır. Mənə bir xanım yazdı ki, mənə kömək edin. Bir nəfər mənim qızlığımı əlimdən alıb, indi də məni tutdurmaq istəyir. Mən qardaşlarımı göndərdim. Onunla məhkəmənin qarşısında söhbət etdilər. Mən ona xəbərdarlıq etdim. O, ərizəsini geri götürdü. Bu insan da Azərbaycanda tanınmış adamdır. O, bu xanıma ev aldı, ikinci ailəsi kimi saxlayır. Məmurun nə haqqı var ki, kiminsə balasını bədbəxt eləsin. Mənim haqqımda kimsə nəsə yazanda düşünüb yazsın. Mən heç kimdən qaçmıram. İnsanlarımıza nə kömək lazımdırsa edirəm, edəcəm də. Ömrümün sonuna bir gün qalsa belə əlimdən gələn köməkliyi edəcəm.

-Sizi "Lotu Quli" ilə nə bağlayır?

-Bu gün çox insanla dostluq etmək olar.

-Kriminal avtoritetlər arasında din, millət fərqi yoxdur. Bir çoxları da bunu dəstəkləmir. Deyirlər ki, ermənilər azərbaycanlılara qarşı bu qədər vəhşilik edib. Amma bizimkilər erməni avtoritetləri ilə dostluq edirlər. Buna münasibətiniz necədir?

-Mən Şuşalıyam, Azərbaycanlıyam. Bu gün mən heç bir erməni kriminal avtoriteti ilə çörək yeməmişəm, yemərəm də. İcazə vermərəm ki, kimsə millətimi başından vursun. Haqlı olarsa cəzasını özüm verərəm. Amma heç kimə əzdirmərəm. Mənim heç kimdən qorxacağım yoxdur.

Bir azərbaycanlı rusa borclu idi. Mən o borcu cibimdən ödədim. Qoymadım o, əzilsin. Kriminal avtoritet o deməkdir ki, xalqının, millətinin yanında olsun. Öz cibini güdməsin. Mən insana dəyər vermirəm. Pul sənin şərəfini, namusunu təmizləməyəcək. Kişi kimi yaşa və öl. Kimsə çıxıb öz cibinə pul yığırsa o insana normal baxmıram. Yaşadığı həyat normal deyil. Pul heç vaxt heç kimin itmiş qürurunu, şərəfini geri qaytaran deyil.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ-Sizi sonuncu dəfə silahla tutmuşdular. Bu məsələyə aydınlıq gətirərdiniz.

-Kişini silahla tutarlar. Mən ömür boyu silahla gəzən adamam. Polislər məni aparanda dedim ki, silahlar mənimdir. Bu məsələ ilə vəkillərim məşğuldur.

-Demişdiniz ki, satqınlar var.

-Mən çox insanlara inanmıram. Məni dövlətlə üzbəüz qoymaq istəyirlər. Elə insanlar var ki, mənim Azərbaycana gəlməyimi istəmir. İstəyirlər mənə zərbə vursunlar. Mən qanundan kənar çıxmıram. Mən Azərbaycana gəldim də getdim. Hətta elə insanlar var ki, deyir ki, Elnur Azərbaycana gəlsə öldürəcəm. O, insanlara sözümü deyib geri qayıtdım. Ondan qabaq neçə ildir ki, gələ bilmirdim. Axtarışa da verilmişəm.

-Avropa ölkələrində bir sıra həmvətənlərimiz var ki, ermənilərlə yaxın münasibətdədirlər, hətta bəzən onlarla əlbirlik edirlər ölkəmizə qarşı. Onlar rastınıza çıxırmı?

-Elələri var ki, xarici ölkələrdə satqınlıq edib, tərəf satırlar, cəmiyyət qururlar. Burda qaçqın kimi oturum almaq üçün tərəflərin satırlar. Onları öyrədirlər ki, siz burda müvafiq sənədləri almaq istəyirsinizsə gedin bunları deyin, belə edin, biz sizin arxanızdayıq sənəd alın. Onlar da başlayırlar söyüşlə verilən tapşırıqları yerinə yetirməyə, onlar ancaq öz mənfəətlərini güdürlər. Mən dəfələrlə onların üstünə gedib pulun almışam. İnsan mübarizə apara bilər. Haqsızlıqla kişi kimi mübarizə aparmaq lazımdır. Söyüşlə, təhqirlə mübarizə aparmaq olmaz. Normal insan düşünməlidir ki, bu söyüşə anam-bacım da baxır. Kimsə vətənini pula satırsa bu insanlara pis baxıram.

"Bir xanım kömək istədi ki, məmur qızlığımı pozub..." - Kriminal avtoritetlə EKSKLÜZİV MÜSAHİBƏ-Sizin qəzaya düşmə xəbəriniz düzdürmü? Qəzaydı, yoxsa sizə qarşı qəsddirmi?

-Mən yaralanmışam da, qəzaya da düşmüşəm. Kiminsə məni qəzaya salması onun başı üçün deyil. Mənə nə olursa Allahın yazısı ilə olur. Elə insanlar var ki, mən tutulanda sevinirdilər. Elnur pula görə düzə əyri deməz. Çünki mənim qürurum var.

-Siz düşünürsünüz ki, əcəlinizlə öləcəksiniz?

-Əgər mən bu gün xalqım uğrunda ölürəmsə bunu özümə şərəf hesab edirəm. İstəmərəm ki, arxamca ailəm, dostlarım ağlasın. Namərd gülləsi mənə dəyməz. Mənim üçün birinci göydə Allah, sonra "Qurani Kərim"dir. Mən haqla gedirəm. Əgər Qarabağ müharibəsi başlayarsa mən Şuşalı kimi o torpaq uğrunda ölməyə hazıram.

-Qarabağ müharibəsi başlayan zaman sizə qadağa qoyulsa belə gələrdinizmi?

-Əlbəttə gələrəm. Mən bu gün şəhidimin, torpağımın qədrini bilmirəmsə ailəmin, mənə inanların dəyərini necə biləcəm. Orda axan şəhid qanları bizim özümüzündür. Hər 26 fevralda çox üzülürəm. Elə vaxt olur ki, mənə təcili yardım gəlib. Əgər insan bayrağına, millətinə dəyər vermirsə o, şərəfdən, namusdan danışa bilməz. Çünki orda axan qanlar bizim uğrumuzda olub. Bu torpaqlara görə Azərbaycanın qeyrətli oğlanların qanı tökülüb.

Elnur bəy, sizə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkürümü bildirirəm. Haqq-ədalət dünyasında sizə möhkəm olmadğı arzu edirəm.

Mən də sizə və kollektivinizə uğurlar arzu edirəm. Təşəkkür.

Söhbətləşdi: Rövşən Əsədov
Hazırladı: Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 15699   Tarix: 08 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689