Vahid Mustafayev ailəsi adından MÜRACİƏT YAYDI: "Siz sevilməlisiniz və ya söyülməlisiniz" - TAM MƏTN
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ailəsi adından sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb.
BiG.AZ-ın məlumatına görə, Vahid Mustafayev ailəsinin sosial şəbəkələrdə profillərə Milli Qəhrəman Çingiz Mustafayevin şəklinin qoyulmasını istəmədiyini bildirib.
"Bu, Azərbaycanın mərhum Milli Qəhrəmanı – Çingiz Mustafayevin əziz xatirəsinə, onun ölməz ruhuna və ailə üzvlərinin hisslərinə ağır təsir edir.
Axı bu şəklin arxasındakı istifadəçi Qəhrəmanımız Çingiz deyil, axı onun şəklini istifadə edən bir adam və ya bir qrup hazırlanmış təxribatçının yazdığı Çingizin demək istədiyi deyil. Axı olmaz belə… Azərbaycanda elə ailə yoxdur ki, Şəhid verməsin və ümidvaram ki, ailəmizin bu ağrısını bizimlə bölüşürlər.
Çingiz Mustafayev Azərbaycanın Müstəqilliyi və Torpaqlarımızın azad olunması uğrunda ən şirin olan həyatını verib! O, artıq öz sözünü deyib və gedib. Unutmayın ki, bu gün onun Şəkli altında fəaliyyət göstərən istifadəçilərin dostları da var, düşmənləri də - onların qarşısında Sizin simanız durmalıdır, Çingizin yox! Onlar tərəfindən məhz Siz sevilməlisiniz və ya söyülməlisiniz, Çingiz yox!".
V.Mustafayev bunun Çingizin adından istifadə edərək bəsit "like" yığmaq kampaniyası olduğunu qeyd edib:
"Anlaşılan haldır ki, Çingizin adı və siması ilə adi istifadəçilər özlərinə çoxlu layklar yığa bilərlər, amma həyatını Xalqına, Vətəninə qurban verənlərin gül camalını özlərinin müqayisəolunmaz səviyyədə kiçik maraqlarına görə istismar etmək nə qədər düzgündür?
Çingiz Azərbaycan uğrunda Şəhid olub, amma sosial şəbəkələr elə qurulub ki, bu gün onun Azərbaycan üçün etdiklərinə görə "zərərçəkənlər", onu hətta həlak olandan sonra qısqananlar belə Çingizin şəkli altında uğrunda canını qurban verdiyi Vətənimizə qarşı su bulandırırlar. Çingizsevərlər və əsl Azərbaycanlılar Qəhrəmanımızın təsvirini şəxsi profillərində öz şəkilləri ilə əvəzləsələr, hər kəsin əsl üzünü görmək rahat olar.
Eyni fikirləri həm də ANS loqosuna aid etmək istəyirəm. Mən, Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin və ANS Yayım və Media Şirkətini yaradan adi Azərbaycan ailəsi adından Çingiz və ANSsevərlərin hamısından artıq dərəcədə xahiş edirəm ki, Çingizi və ANS-i sosial-kommersiya şəbəkələrinin rəflərindən çıxarıb Ürəklərinə qaytarsınlar - daha ürəkli olmaq üçün, ritmi düz tutmaq üçün!!!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin və Azərbaycanımızı qorusun!
Hörmətlə,
Fuad Seyfulla oğlu Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev
Vahid Fuad oğlu Mustafayev
Fuad Çingiz oğlu Mustafayev".


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2136 Tarix: 07 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDanışıqlar ABŞ-nin hansı qərarından asılıdır: Tehran Vaşinqtondan nə gözləyir?
Hazırda Tehran ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında İran neftinin ixracına tətbiq olunan sanksiyaların aradan qaldırılması barədə müvafiq qərarın tezliklə dərc olunmasını gözləyir. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, İsveçrədəki görüşlərd
22.06.2026 168 E5 liderləri Ukrayna məsələsini müzakirə etmək üçün Berlində bir araya gələcək
İyunun 24-də Almaniyanın paytaxtı Berlində Avropanın aparıcı beş ölkəsinin - Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa liderlərinin görüşü keçiriləcək. Toplantının əsas mövzusu Ukraynadakı müharibə və regionda yaranmış təhlükəsizlik vəziyyəti olacaq. BİG.AZ Le Monde-a istinadən xəbər veri
22.06.2026 175 Azərbaycan-Türkmənistan əməkdaşlığının güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində prezidentlər arasında keçirilən görüşlər, imzalanan çoxsaylı sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əməkdaşlığının stratej
22.06.2026 170 Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı
Bakıda qeyri-adi hadisə baş verib. 330 kiloqram çəkiyə malik olan və fil ayağı xəstəliyindən əziyyət çəkən 57 yaşlı Söhrab Seifzadə uzun illərdir müalicədən kənarda qalıb. Diaqnoz səbəbindən o, 10 il evdən çıxmayıb və bu müddət ərzində səhhəti getdikcə ağırlaşıb. bu barədə Bizim.Media-ya jurnalist Namid
22.06.2026 233 Bakıda binanın zirzəmisində çürümüş kişi meyiti tapıldı
Bakıda çürümüş meyit tapılıb. xəbər verir ki, hadisə Nəsimi rayonuCavadxan küçəsi ev 29-un zirzəmisində qeydə alınıb. Orada çürüməyə məruz qalmış 55-60 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır
22.06.2026 208 "Lido" restoranında MÜƏMMALI ÖLÜM
Bakıda restoranda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə Atatürk prospekti 69-da yerləşən "Lido" restoranında qeydə alınıb. Restorana gələn müştəri, 68 yaşlı Qızxanım Hüseynova qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılır
22.06.2026 241 Trampın təhdidlərinə İrandan sərt reaksiya
ABŞ Prezidenti Donald Trampın "Hörmüz boğazı yenidən bağlanacağı təqdirdə İranın qalan hissəsini də işğal edəcəyik" təhdidlərinə Tehrandan cavab verilib. xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Bildirilib ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasını
22.06.2026 140 İsrail ordusu Qəzza şəhərində əməliyyat keçirən iki HƏMAS terrorçusunu məhv edib
İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail Müdafiə Qüvvələri həftəsonu Qəzza şəhərində iki ayrı hava hücumu nəticəsində iki HƏMAS terrorçusunu məhv edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ilk zərbədə İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində Həmasın Qərbi Cəbəliya batalyonunu
22.06.2026 136 Gümrüdən Moskvaya uçan təyyarə Dağıstan üzərində həyəcan siqnalı verdi
Gümrüdən Moskva istiqamətində hərəkət edən sərnişin təyyarəsində həyəcan siqnalı işə düşüb və hava gəmisi hündürlüyü azaltmağa başlayıb. xəbər verir ki, bu barədə "Flightradar" izləmə xidməti məlumat yayıb. Bildirilib ki, "Boeing" markalı təyyarə Moskva vaxtı ilə saat 11:24-də (Bak
22.06.2026 188