İlham Əliyevin işdən çıxartdığı nazir milyonlarla pulu xərclədi - Həbs edilir - İDDİA

İlham Əliyevin işdən çıxartdığı nazir milyonlarla pulu xərclədi - Həbs edilir - İDDİA"Aqrolizinq"in sədri işdən çıxarıldı; Elşən Məmmədovu "ASAN Xidmət" Mərkəzinin direktoru əvəz etdi; ASC-nin fəaliyyətinə dair məlumatlar niyə sirr kimi saxlanılır?

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib. Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. ASC-nin yeni sədri Seymur Mövlayev təyin olunub. S. Mövlayev bundan əvvəl 3 saylı "ASAN Xidmət" Mərkəzinin direktoru olub.

"Bağlı qutu"da nələr baş verib?

"Aqrolizinq" ASC fəaliyyətinə dair məlumatları qapalı saxlayan qurumlar arasındadır. Xüsusilə keçirilən tenderlər, alqı-satqılar, lizinq əməliyyatları barədə bu qurumdan məlumat almaq demək olar ki, qeyri-mümkündür.

Belə ki, 2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri Heydər Əsədov təyin edildikdən sonra "Aqrolizinq" ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. Məlumat yayıldıqdan az sonra "Aqrolizinq"in sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, Əli Bayramov istintaqa cəlb olunmadı. Mümkündür ki, bu dəfə yoxlamalar daha ciddi dairəni əhatə etsin və həbslər olsun…

2010-cu ildə "Aqrolizinq"də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar 2008-2009-cu illərdə də geniş yayılıbmış. H.Əsədov nazir təyin olunandan sonra "Aqrolizinq"in fəaliyyətində şəffaflıq yaranacağına dair gözləntilər özünü doğrultmadı.

Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, "Aqrolizinq"də dəyişiklik çox cüzidir. Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib.

Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.
İlham Əliyevin işdən çıxartdığı nazir milyonlarla pulu xərclədi - Həbs edilir - İDDİABundan əlavə, ötən il mətbuatda "Aqrolizinq" ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib.

"Aqrolizinq"in şübhəli tenderləri

Tenderlərin rəsmi reyestrindən isə aydın olur ki, "Aqrolizinq"in ötən il "Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması" üzrə "Networks Europe L.P." şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. "Yeni Müsavat"ın bu şirkət və onunla bağlanan müqavilə barədə nazirlikdən məlumat almaq üçün göndərdiyi sorğuya bu günədək cavab verilməyib.

İlham Əliyevin işdən çıxartdığı nazir milyonlarla pulu xərclədi - Həbs edilir - İDDİA2017-ci ildə "Aqrolizinq" ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 milyon manat vəsait xərcləyib. Bunun 342,5 milyon manatı 102 min ədəd kənd təsərrüfatı texnikasının alışına yönəldilib. Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alınıb. Ümumilikdə, 2017-ci ildə "Aqrolizinq"ə dövlət büdcəsindən 200 milyon manat ayrılıb.

Ötən il ASC-yə qaytarılan vəsaitlərin həcmi 172,19 milyon manat təşkil edib. Bunun 99,42 milyon manatı ASK texnikasının lizinqindən, 3,27 milyon manatı texnoloji avadanlığın lizinqindən, 49,87 milyon manatı mineral gübrələr və pestisidlərin satışından, 16,26 milyon manatı servis xidmətlərindən, 3,46 milyon manatı digər xidmətlərdən daxil olub.

Aqrar istehsalçılarla dövlət arasında əsas vasitəçi qurum olan "Aqrolizinq" ASC-nin açıqladığı konsolidə edilmiş maliyyə hesabatında isə qeyd olunur ki, qurum 2017-ci ildə 21,7 milyon manat məbləğində ziyana düşüb. Bu, 2016-cı illə müqayisədə 10,7 milyon manat çoxdur. Hesabata görə, ötən il qurumun gəlirləri 41,6 faiz artaraq 180,8 milyon manat təşkil edib. Bunun 111,1 milyon manatı kənd təsərrüfatı avadanlığının satışından, 49,5 milyon manatı gübrə satışından, 16,4 milyon manatı heyvan satışından və sair əldə edilib. Şirkətin əməliyyat mənfəəti 13,3 milyon manat təşkil edib. Ötən il ərzində ASC valyutaların mübadilə məzənnəsinə görə 14,4 milyon manat zərərə düşüb.

İlham Əliyevin işdən çıxartdığı nazir milyonlarla pulu xərclədi - Həbs edilir - İDDİA1,6 milyard manatdan çox dövlət vəsaiti xərclənib

Hökumətin hesabatından aydın olur ki, "Aqrolizinq" 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu ilin fevralında isə dövlət başçısının sərəncamı ilə quruma kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat ayrılıb. Bu qədər böyük vəsaitlər hesabına alınan texnikadan, gübrədən, cins heyvanlardan səmərəli istifadə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalır. Gübrə və texnika "dost-tanış" prinsipi əsasında verilir. Bütün bunlar "Aqrolizinq" ASC-nin fəaliyyət prinsiplərində kəskin dəyişikliklərin olunmasını zəruri edir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yeni təyin olunan nazirin əsas vəzifəsi məhz "Aqrolizinq" kimi yerlərdə birbaşa sahibkarlarla işləyən qurumların fəaliyyətində dönüş yaratmaqdır: "Bu istiqamətdə real tədbirlər həyata keçiriləcəksə, kənd təsərrüfatında hansısa irəliləyişlərdən danışmaq mümkün olacaq. "Aqrolizinq" ən qeyri-şəffaf fəaliyyət göstərən qurumlardan biri olub. Bu qurumun fəaliyyətində korrupsiya elementləri kifayət qədər yüksəkdir. Faktiki olaraq dövlətin aqrar istehsalçılar üçün yaratmaq istədiyi imkanlardan istifadə, demək olar ki, mümkün olmayıb. Buna görə də burada təkcə təsəvvürün deyil, bütövlükdə yanaşmanın dəyişməsinə ehtiyac var".

Ekspert deyir ki, "Aqrolizinq"in reputasiyası çox bərbaddır: "Yeni sədrin əsas vəzifəsi bu reputasiyanı müsbətə doğru dəyişmək, quruma olan inamı bərpa etmək olmalıdır. Bunun üçün şəffaflıq və hesabatlılıq əsas məsələlərdən biri olmalıdır. Həmçinin "Aqrolizinq" tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasına ehtiyac var. Çünki qurumun yerlərdəki infrastrukturu elə bərbad formalaşıb ki, rəhbərliyin dəyişməsi bəzi hallarda regionlarda problemlərin həllini tapmaması ilə nəticələnə bilər. Buna görə də vətəndaşla qurumun təmsilçiləri arasında birbaşa təmasların minimuma endirilməsinə ehtiyac var".(musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3723   Tarix: 03 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914