Sarkisyanın hiyləgər planı ORTAYA ÇIXDI – Gecə toplantısının şok detalları

Sarkisyanın hiyləgər planı ORTAYA ÇIXDI – Gecə toplantısının şok detalları"Ermənistan Respublika Partiyası baş nazirin seçkilərini məhv etməyə qərar verib".

Bu haqda Ermənistan müxalifətininin lideri, parlamentin "Yelk" fraksiyasının başçısı Nikol Paşinyan xəbərdarlıq edib.

O, əhalini Respublika Partiyasının sədri, keçmiş prezident və baş nazir Serj Sarkisyanın bu planına mane olmağa çağırıb.

"İndi mən informasiya aldım ki, gecə toplanan iclasda Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası baş nazir vəzifəsinə xalqın namizədinin seçilməsinin qarşısını almaq barədə qərar qəbul edib. Bununla əlaqədar olaraq ölkə əhalisini Respublika meydanına toplaşmağa və öz iradəsini nümayiş etdirməyə çağırıram. Serj Sarkisyanın yeni planının reallaşdırılmasını dayandırmaq lazımdır. Planın mahiyyəti növbəti seçkilərdə Respublika Partiyasının hakimiyyətini bərpa etməkdir. Əminəm ki, xalqın açıq iradəsi ilə biz bu ssenarinin qarşısını almağı və Serj Sarkisyanın yeni planına mane olmaq üçün Respublika meydanına toplaşmağı bacaracağıq", - o qeyd edib.

Paşinyan xatırladıb ki, əhalinin saat 11:00-dan başlayaraq, meydana toplaşması nəzərdə tutulub.

"Qoy, Respublika meydanında yüz minlərlə həmyerlimiz qələbəyə öz iradəsini təsdiq etsin", - Paşinyan bildirib.

Qeyd edək ki, baş nazirin seçilməsi məsələsi bu gün parlamentin xüsusi iclasında müzakirə ediləcək.

Respublika Partiyası bu gün səhər 09:30-da təcili iclas keçirib. İclasda partiyanın baş nazir seçkisində tutacağı mövqe müzakirə edilib.

Ermənistan parlamenti dünən Nikol Paşinyanın baş nazir postuna yeganə namizəd olduğunu bəyan etmişdi. Ermənistanın baş naziri postuna namizədlərin irəli sürülməsi vaxtı aprelin 30-da saat 18:00-da başa çatıb və Paşinyandan başqa namizədliyini irəli sürən olmayıb.

Nikol Paşinyanın namizədliyi "Yelk" fraksiyası tərəfindən irəli sürülüb.

Hakim Respublika Partiyasının fraksiyası daha əvvəl bildirmişdi ki, baş nazir vəzifəsinə namizədl irəli sürməyəcək. Fraksiyanın rəhbəri Vaqram Baqdasaryan qeyd etdi ki, parlamentin digər üç fraksiyası bir namizədlə çıxış edərsə, mayın 1-də keçiriləcək seçkilərə mane olmayacaq.

Daşnaksütyun Partiyası vahid namizəd olaraq Nikola Paşinyanı təklif edib. Həmçinin "Çarukyan" fraksiyası da "xalqın namizədi"ni dəstəkləməyə qərar verib. Aprelin 29-da fraksiyanın lideri və "Çiçəklənən Ermənistan" Partiyasının rəhbəri Qagik Çarukyan bildirib ki, baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyəcək və Nikola Paşinyanın namizədliyini dəstəkləyəcək. Bütün bu proseslər isə belə güman etməyə əsas verirdi ki, parlamentin bütün fraksiyaları Paşinyanın baş nazir postuna seçilməsi məsələsində razılaşıblar. Lakin Paşinyanın son bəyanatı bunun əksini göstərir. Ermənistan müxalifətinin razılaşdırdığı "xalqın namizədi"nin – Paşinyanın baş nazir postuna seçilməməsi isə ölkədə vəziyyəti daha da gərginləşdirə bilər. Ekspertlər qanlı qarşıdurmaların baş verməsini də istisna etmirlər.

Qeyd edək ki, Respublika partiyası 58 yerlə parlamentdə mandatların əksəriyyətinə malikdir. "Çarukyan" 31, "Yelk" 9, Daşnaksütyun isə 7 yerə sahibdir. Baş nazirin seçilməsi üçün isə namizədin 53 səsə ehtiyacı var.

Aprelin 13-də paytaxt İrəvan və Ermənistanın bir sıra şəhərlərində sabiq prezident Serj Sarkiyanın baş nazirliyinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Aprelin 23-də Sarkisyan baş nazir postundan istefa verib, Karen Karapetyan baş nazirin səlahiyyətlərinin müvəqqəti icra edir. Nikol Paşinyan Ermənistan Respublika partiyasının hakimiyyətdən gedişini tələb edir.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1092   Tarix: 01 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 213
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 743
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 521
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 150
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 440
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 816
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 369
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 261
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 140