Bütün günü yorğunam, yuxum gəlir – Halsızlığın ağlagəlməz gizli səbəbləri

Bütün günü yorğunam, yuxum gəlir – Halsızlığın ağlagəlməz gizli səbəbləriYorğunluq, halsızlıq hətta aktiv iş, idmanla məşğul olan adamı da yaxalaya bilər. Son zamanlar çox insan halsızlıqdan şikayətlənir. Bunu yaz aylarına bağlayanlar da var. Amma əslində yorğunluq insanı getdikcə tənbəlləşdirən, depressiyaya salan, səhhətndə ciddi dəyişikliklər yaradan köklü səbəbləri olan bir simptomdur.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, əgər son 3 aydır səbəbli-səbəbsiz yorğunluq halı sizi tərk etmirsə, o zaman aşağıdakı səbəbləri araşdırın:

-Yediyiniz qidalar
-Qəbul etdiyiniz dərmanlar, onların yan təsirləri- xüsusən antihistamin preparatlar
-Alkoqol
-Pəhriziniz

Əgər bu hallardan ikisi varsa, o zaman onları korrektə etməlisiz. Daha sağlam qida rejiminə keçməli, dərmanla bağlı həkiminizlə məsləhətləşməli, özbaşına saxladığınız pəhrizi yox, dietoloqun təyin etdiyi pəhrizi seçməli.

Əgər bunlar yoxdursa, o zaman yorğunluq və yuxululuğun səbəblərini xəstəliklərdə axtarın.

Anemiya-qanazlığı
Müraciət etdiyiniz ilk terapevt sizi qan analizinə göndərib, hemoqlobinin səviyyəsini yoxlayacaq.
Anemiya əslində heç xəstəlik də deyil, bu bir vəziyyətdir, hansı ki, toxumalara lazımi qədər oksigen catmır. Qanda hemoqlabin az olduqda, eritrositlər oksigeni daşıya bilmir, oksigen aclığı yaranır, burdan da halsızlıq, yorğunluq, əsnəmək başlayır. Anemiyanın əlamətləri: bənizdə rəngin ağarması, saralması, təngnəfəslik, başgicəllənmə, baş ağrıları, soyuq ovuclar və ayaqlar. Ola bilər ki, qanda hemoqlobin normal görünsün, amma gizli dəmir çatışmazlığı olsun. Bunun üçün xüsusi ferritin zülalına analiz vermək lazımdır ki, orqanizmdə dəmirin səviyyəsini öyrənəsiz. Həmçinin B12 vitamin əskikliyi də anemiya yaradır.

Qalxanabənzər vəzin disfunksiyası
Həm hipotireoz, həm də hipertireoz daimi yorğunluq verə bilər.
Hipotireozda zəiflik çəki artımı, dəridə qurulur, titrətmə, qəbizlik, əzələ, oynaqlarda ağrılarla sintez olunur.
Əgər müalicə olunmasa, zob yaranır. Belə adamlarda xroniki depressiya, yaddaş pozğunliğu və diqqət yayqınlığı yaranır.
Hipertireozda insan xroniki olaraq gücsüzlük hiss edir, səbəbsiz arıqlayır, iştah itir, nəbz, ürək ritmi artır, tez tərləyir, yuxusuzluq, nevrozluq olur. Qadınlarda menstruasiya pozulur. Bu xəstəlik vaxtında müalicə olunmasa görmə pozulur, sümüklər əriyir, ürəyin fəaliyyəti azalır.
Xroniki depressiya əhvalı kəskin aşağı salmaqla yanaşı, halsızlıq da yaradır.

Gündəlik ən adi hərəkətlər, işlər belə insana yorucu gəlir. Insanın idmana, hobbisinə, əyləncəyə enerjisi qalmır. Əgər qan analizi, hormonal müayinə orqanizmdə fiziki dəyişiklik göstərməsə, o zaman depressiya və sinir xəstəliklərindən şübhələnmək lazımdır.
Xroniki yorğunluq sindromu - Fibromialgiya

Əgər yorğunluq tibbi baxımdan heç bir simptomla, səbəblə izah olunmursa, o zaman insana Xroniki yorğunluq sindromu diaqnozu qoyulur. Bu xəstəlik adətən yanaşı olaraq ağrı sindromu olan Fibromialgiya ilə yanaşı gedir.
Bu diaqnozu təyin etmək elə də asan deyil. XYS-da baş ağrıları, spazmalar, qıcolmalar, qarında diskamfort, əzələ, oynaq ağrıları çox olur. Bu diaqnozu terapevt və psixiatr qoyur.

Vəziyyəti yumşaltmaq üçün massaj, iynəbatırma, tənəffüs gimnastikası, yoqa, idman və s. seçilir. Belə xəstələrə dərman təyinatı da ciddi olmalıdır, hər sakitləşdirici və antidepressant vəziyyəti kəskinləşdirə bilər.

Digər səbəblər də az deyil: şəkərli diabet, ürək xəstəlikləri, xərçəng, başda travma və bir sıra xroniki xəstəliklərdə də yorğunluq verə bilir. Ona görə vaxt ayırıb yorğunluq və halsızlığın səbəblərini həkim müşahidəsi altında araşdırmaq lazımdır. Bu halın keçib getməsinə, öz-özünə düzəlməsinə ümid etmək olmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4085   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542