"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqda

"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqdaÇox üzücü və ürək ağrıdan xəbər almışıq. Aprel döyüşlərində böyük igidlik göstərmiş döyüşçümüz intihar edib.

BiG.AZ criminal.az-a istinadən xəbər verir ki, dünən Tovuz rayonunda 26 yaşlı Fazil Abdiyev özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuz rayon İcra hakimiyyətinin şəhər üzrə icra nümayəndəsi Yaşar İbrahimov Criminal.az saytına açıqlamasında söhbətə F.Abdiyevi təriflə başladı: "Fazil ali təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı uşaq idi. Onun haqda xoş sözlər deməklə bitən deyil, sanki bu dünyanın adamı deyildi".
Keçmiş döyüşçü F.Abdıyevin döyüş yolundan danışan icra nümayəndəsinin sözlərinə görə, o aprel döyüşlərində də böyük şücaət göstərib.

"Qızğın döyüşlərdə ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, o, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonrada sağ olduğunu bilib hospitala çatdırıblar. Hərbi xidməti başa vuranda sonra rayon rəhbərliyinin diqqətində idi. İşlə təmin edildi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasında istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. "Niyə onlar öldü, mən ölmədim’’ deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış…"-deyə Y.İbrahimov bildirdi.

***

Tovuz rayonunda intihar hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, intihar edən şəxsi tanıyanlar onun 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olduğunu bildiriblər. 2-ci qrup əlil olan Fazil Hacıyev Tovuzda dövlət idarələrinin birində tikinti sahəsində çalışıb. Yaxınları onun sinir pozğunluğundan əziyyət çəkdiyini, son 1 ayda aqressiv olduğunu, hadisə baş verən gün evdə kimsənin olmamasından istifadə edərək özünə qəsd etdiyini bildirirlər.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqda"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqda"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqda"Bir müddət ölən əsgərlərin içərisində qalıb, sonra sağ olduğunu bilib..." -İntihar edən Fazil haqda


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2852   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774