"Gülnarəyə telefon və nömrə alıb verdim, dedim ərindən boşanma"

"Gülnarəyə telefon və nömrə alıb verdim, dedim ərindən boşanma"Cütlüklər arasında günbəgün artan narazılıqların, münaqişələrin tüğyan etdiyi ailədə çıxış yolunu boşanmaqda görən üç uşaq anası sonda məhkəməyə üz tutub. Arvadının ondan boşanmaq istədiyini öyrənən ailə başçısı isə elə həmin gün onu qanına qəltan edib. Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 52 yaşlı Yuri Vanyaginin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, cinayət hadisəsi ötən il avqustun 7-də Hövsan qəsəbəsində baş verib. Həyat yoldaşı Gülnarə Vanyaginanın ondan boşanmaq istəməsi ailə başçısının qəzəbləndirib. Ər-arvad arasında yaranmış münaqişə onlardan birini xəstəxanaya, digərini isə həbsxanaya yollayıb.

Təqsirləndirilən Yuri Vanyagin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Gülnarə Ənvərovna ilə 2002-ci ildə evləndirklərini, birgə nikahdan üç övladları olduğunu, mehriban dolandıqlarını göstərib. V.Vanyaginin ifadəsinə görə, ötən il Gülnarənin çay evlərindən birinə işə düzəlməsi ailədaxili narazılıqlara gətirib çıxarıb. Həyat yoldaşının günlərlə evə gəlməməsi onda şübhələr yaradıb. Arvadının başqa kişi ilə əlaqəsinin olmasından şübhələnən Yuri mütəmadi olaraq bununla bağlı Gülnarə ilə mübahisə edib. Son olaraq qadın ona boşanmaq istədiyini bildirib: "Boşanmaq istəmədiyimi dedim. Hadisə baş verən gün qızımdan anasının harada olduğunu soruşdum. O da anasının boşanmaq üçün sənədləri düzəldib məhkəməyə getdiyini söylədi. Gülnarəni fikrindən daşındırmaq istəsəm də, razılaşmadı. Əsəbləşib mətbəxdən bıçaq götürüb Gülnarəni vurdum. Sonra ona tibbi yardım göstərdim. Gülnarə məhkəməyə müraciət etmədiyinə and içdi. Onu maşına qoyub xəstəxanaya apardım".

Y.Vanyagin arvadına xəsarət yetirmək niyyətində olmadığını, boşanmaq fikrindən daşındırmaq üçün qorxutmaq istədiyini deyib: "Gülnarənin məndən niyə boşanmaq istədiyini bilmirəm. Əməlimdən peşmanam".

Zərərçəkmiş Gülnarə Vanyagina ifadəsində həyat yoldaşı ilə yola getmədiklərini, bu səbəbdən də boşanmaq qərarına gəldiyini deyib: "Yuri evi satıb pulu yarı bölməyi təklif etdi. Ona görə də, hadisə baş verən gün Suraxanı rayon məhkəməsinə gedib boşanmaq üçün müraciət etdim. Geri qayıdanda uşaqlarımın üçü də evdə idi. Yuri gəldiyimdən xəbər tutub məni söyməyə, təhqir etməyə başladı, güldüm. O isə mətbəxdən bıçaq götürüb üstümə gəldi. Qorxumdan bloka qaçdım. Arxamca gəlib saçımdan yapışdı, bıçaqla vurdu. Qan gəldiyini görüb məni içəri apardı. Yenidən vurmaq istəyəndə məhkəməyə getmədiyimə and içdim. Qanaxmanı dayandırmaq üçün yarama əski qoydu, divana uzatdı, tibbi yardım göstərdi. Səsə qonşular gəldilər. Yuri qapını açmaq istəməyəndə polisə şikayət edəcəklərini dedilər. Məni qonşunun avtomobili ilə xəstəxanaya çatdırdılar. Yuri mənə səbəbsiz yerə xəsarət yetirib. Ona ağır cəza verilməsini xahiş edirəm".

Şahid qismində dindirilən Anar Zaidov ifadəsində 2017-ci ilin may ayının əvvəllərində "Malakan" bağında tanımadığı bir qadının oturacaqlardan birində ağladığının şahidi olduğunu, ona yaxınlaşıb söhbət etdiyini göstərib: "Ailə vəziyyətinin çətinliyindən danışdı, tanışlığımız yarandı. Sonradan "Əhmədli" metrosunun yanında parkda görüşdük. Ona mobil telefon və nömrə alıb verdim. Bir müddət telefonla əlaqə saxladıq, arabir görüşdük. Gülnarənin ailə vəziyyətinin çətin olduğunu bildiyimə görə hər dəfə ailə məsələləri ilə bağlı səbrli olmağı, boşanmamağı məsləhət görürdüm, maddi yardım göstərməyə çalışırdım. Bizim aramızda yalnız dostluq münasibəti olub, başqa münasibətimiz olmayıb".

Məhkəmənin hökmü ilə Yuri Vanyagin 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib. Apellyasiya şikayətinə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3725   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831