İcra başçısından ŞOK AÇIQLAMA: "Qaça-qaça gəlib üzr istəyəcəklər"

İcra başçısından ŞOK AÇIQLAMA: "Qaça-qaça gəlib üzr istəyəcəklər""Qarabağda yaşayan ermənilərin hamısı Azərbaycan pasportlarını hələ də özlərində saxlayıblar. Çünki onlar Azərbaycan vətəndaşları olduqlarını yaxşı bilirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra həmin ermənilər gizlətdikləri pasportları ilə qaça-qaça gəlib üzr istəyəcəklər".

BiG.AZ xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

B.Səfərov deyib ki, hazırda Qarabağda yaşayan ermənilərin hamısı Azərbaycan vətəndaşlarıdır:

"Onları biz çıxartmadıqca, Azərbaycan vətəndaşlığından çıxmayıblar. İnanın ki, onların əksəriyyəti hələ də köhnə Azərbaycan pasportlarını gizlədib saxlayırlar. Yəqin ki, zamanı gələndə ermənilər həmin pasportları gətirib Azərbaycan tərəfinə göstərəcəklər. Deyəcəklər ki, baxın, biz Azərbaycan vətəndaşlarıyıq, sadəcə olaraq Ermənistan hakimiyyəti bizə imkan vermirdi və sairə.

Hər kəs də bilir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər həmin ermənilər Azərbaycan pasportları daşıyırdı. İndi də daşıyırlar, sadəcə olaraq Ermənistan hakimiyyətindən qorxduqları üşün həmin pasportları gizlədib saxlayıblar. Əmin olun ki, zamanı gələndə ermənilər həmin pasportları gizlətdikləri yerlərdən çıxarıb çox fəxrlə gətirib bizə göstərəcəklər. Deyəcəklər ki, biz də Azərbaycan vətəndaşlarıyıq".

Ermənistanda yeni prezidentin seçilməsinə də toxunan B.Səfərov Armen Sarkisyanın formal prezident olduğunu söyləyib:

"Əslində Armen Sarkisyanın böyük səlahiyyətləri yoxdur. Ermənistanda hakimiyyəti idarə edənlər yenə də quldur və işğalçı Serj Sarkisyan və onun cinayətkar komandasıdır. Armen Sarkisyanı da formal olaraq gətirib prezident seçiblər. Məqsəd də Ermənistanın "demokratik" görünməsidir. Ancaq bütün dünya bilir ki, Ermənistanda demokratiyadan söz açmağa dəyməz. Hakimiyyəti idarə edənlər quldur və işğalçı rejimdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1117   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568