Ramil Usubovdan mühüm ƏMR: Polislərin sayı ARTIRILDI
Respublika üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb.
BiG.AZ Avtosfer.az-a istinadən xəbər verir ki, son günlər Bakı şəhərində piyada zolaqlarının, piyadaların qayda pozaraq istifadə etdiyi ərazilərin yaxınlığında yol polisi geyimində xidmət aparan polislər Post-Patrul Xidmətinin əməkdaşlarıdır. Onlar bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə PPX-dən YPX-yə ezam olunublar. Son günlər həmin polislər şəhərin sıxlıq olan yerlərində, məktəblərin və digər idarə-müəssisələrin yaxınlığında xidmət aparırlar. Onlar nizamlanmayan keçidlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyərək həm təhlüləsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar. Həmin əməkdaşlar piyadaları cərimələkdən çox onların hərəkətini nizamlamağa üstünlük verirlər. Amma cərimələr də yazılmaqda davam edir.
Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də təsdiq edib. O bildirib ki, yollarda piyadavurma hadisələrinin qarşısının alınması, piyadalarda keçidlərdən istifadə vərdişlərinin formalaşması, keçid olmayan yerlərdən, eləcə də keçidlərin yaxınlığından təhlükə yaradaraq yola çıxan piyadaların qarşısının alınması məqsədilə yeni əməkdaşlar xidmətə cəlb edilib. Belə ki, daxili işlər nazirinin ilkin əmrində 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur.
Kamran Əliyev bildirib ki, həmin PPX əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və "Yol hərəkəti haqqında" qanunun tələbləri izah olunub. Biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Təkcə Bakıda yox, respublikanın bütün iri şəhər və rayonlarında xidmət aparan həmin əməkdaşların gördüyü işlər artıq müsbət nəticələr verir. Vaxtilə pik saatlarda sıxlıq yaranan küçə və yollarda indi nəqliyyatın və piyadaların hərəkəti normal şəkildə təmin edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1449 Tarix: 13 mart 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü
Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib. xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib. İş materiallarına əsasən, qadın Rusiyaya işləməy
13:50 187 KİV: Ukrayna alternativ sülh planını təqdim etdi
Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu
15:20 124 Con Koul: Belarus yaxın aylarda daha min məhkumu azad edə bilər
Belarus hökuməti yaxın aylarda daha min məhkumu azad edə bilər. "Report" xəbər verir ki, belə proqnozla ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul çıxış edib. "Düşünürəm ki, bu, nəinki mümkün, hətta gözləniləndir. Düzgün yoldayıq, impuls var", - Con Koul "Reuters"
13:30 115 Ramil Səfərovun xanımına vəzifə verildi
Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd
19:00 80 Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib
Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar
17:30 105 Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb
İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib. "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoya
11:40 117 Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 488,154 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə noyabrda isə Türkiyə Azərbaycan
11:30 119 WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib
Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki
16:40 115 Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.
16:30 110