"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə qaçanlardan XƏBƏR VAR

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə qaçanlardan XƏBƏR VARŞirvan Apellyasiya Məhkəməsində "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovla birlikdə həbsdən qaçan Əli Ağami və digərlərinin apellyasiya şikayətinə baxılıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Ağami Əli Ramin oğlu, Heydərov Məhəmməd Güləli oğlu, Məlikov Tahir Sahil oğlu və İbrahimov Əfsər Şakir oğlunun apellyasiya şikayətinə baxılıb. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə. Ağami və digərlərinə bir müddət əvvəl hökm oxunub. Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan olunan hökmə əsasən, mərhum Etibar Məmmədov barəsində cəza təyin edilmədən, ittiham hökmü çıxarılıb. Əli Ağami isə cəzasının 4 ilini qapalı həbsxanada çəkməklə, 19 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə təqsirləndirilən digər şəxslər - kriminal avtoritet Tahir Məlikov, "Maqa Hacıqabullu" ləqəbli Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib. Təqsirləndirilən şəxslər şikayətlərində cəzalarının azaldılmasını istəyiblər.

Qeyd edək ki, hökm elan olunan iş üzrə E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunub.

Ötən il oktyabrın 23-də isə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

"Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.

Ə. Ağami isə qaçdıqdan bir neçə gün sonra Şirvan şəhərində tutulub. Həmin cinayət işi üzrə istintaq davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3230   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabiq deputat: Hakimiyyətin siyasəti cəmiyyəti qane etmir

Ermənistan cəmiyyətində mövcud hakimiyyətin Qarabağ məsələsinə yanaşması ilə bağlı narazılıqların artdığı iddia olunur. " xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan NSN-ə açıqlamasında bildirib. Abovyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan və onun rəhbərli

11:44 86
.

Gürcü Pravoslav Kilsəsi hədəfdə? - Varfolomey barədə iddialar

Konstantinopol Patriarxı Varfolomeyin Gürcü Pravoslav Kilsəsini öz təsiri altına almağa çalışdığı iddia olunur. " xəbər verir ki, bu barədə TASS Rusiya Xarici Kəşfiyyat Xidməti-nə istinadən məlumat yayıb. Məlumata görə, Varfolomey I "parçala və hökmranlıq et" prinsipinə əsaslanaraq qloba

11:25 86
.

Təmiz hava, çox su, az konservant - allergiyadan qorunmanın sirri

"Qışdan yaza keçid dövründə allergik xəstəliklərin artması müşahidə olunur. Bu, əsasən süni qidaların və müxtəlif qida əlavələrinin həddindən artıq qəbul edilməsindən qaynaqlanır". Bunu BİG.AZ-a açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib. O, qeyd edib ki, bədəndə yığılmış toksik maddələrdə

31.03.2026 266
.

Ayaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş

Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində

31.03.2026 459
.

Kişi çatışmazlığı yaşanan ölkə qadınlarından türklərə ÇAĞIRIŞ

Litvalı qadınlar 40 yaşdan yuxarı türk kişilərə müraciət ediblər: "Burada kişi tapmaq çox çətindir, Litva sizin üçün mükəmməl yerdir. Biz yetkin kişiləri sevirik və Avropanın ən gözəl qızlarına sahibik". -ın xarici mediaya istinadən xəbərinə görə, bəzi Litvalı qadınların 40 yaş və yuxarı tür

31.03.2026 575
.

İctimai Wi-Fi istifadə edənlər üçün vacib xəbərdarlıq

"Parkda, kafedə və ya ticarət mərkəzlərində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı deyil. Bunun əsas səbəbi bu tip şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərl

12:12 0
.

Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə

31.03.2026 357
.

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - Video

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki, evin al

11:17 106
.

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günləri ilə əlaqədar 20-30 mart tarixlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i də

31.03.2026 333
.

TOP MP3