Faciəvi yanğında yaralananlar xəstəxanaya belə daşındı - Hadisə yerindən VİDEO

Faciəvi yanğında yaralananlar xəstəxanaya belə daşındı - Hadisə yerindən VİDEO
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

"Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1499 Tarix: 02.03.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər