Morqa 24 nəfərin meyiti gətirildi - SON DƏQİQƏ (YENİLƏNİB)

Morqa 24 nəfərin meyiti gətirildi - SON DƏQİQƏ (YENİLƏNİB)

Baş Prokurorluğun yüksək vəzifəli şəxsləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) baş çəkib.

BiG.AZ “Report”a istinadən xəbər verir ki, “morq” gətirilən meyitlər tanınmaz halda olduğundan, hələ ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

“Morq”un qarşısında polis postu qurulub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

* * *
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

BiG.AZ xəbər verir ki, bu barədə “Report”a Birlikdəki mənbə məlumat verib.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1334 Tarix: 02.03.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər