Leyla Yunus ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub - VİDEO

Leyla Yunus ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub - VİDEOATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb. Leyla Yunus Azərbaycan xalqına qarşı Azərbaycanın faciəsinə qarşı saymazyana mövqeyindən dolayı hansısa formada cəzalandırıla bilərmi?

BiG.AZ-a açıqlama verən beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib ki, Leyla Yunus hazırda bir neçə beynəlxalq dövlətlə partnyordur: "Xocalı soyqırımı beynəlxalq sferada layiq olduğu hüquqi qiyməti almayıb. Əgər soyqrım beynəlxalq miqyasda hüquqi qiymət verilsəydi biz onda Leyla Yunusun cəzalandırılması üçün addımlar ata bilərdik. O hazırda Azərbaycanda qaçıb və vətəndaşlıqdan imtina edib. Hazırda ikili vətəndaşlıq üçün çalışır. Hollandiya və Fransa. Fransa Leyla Yunusu "Şərəf Legionu Ordeni" ilə təltif edib. Bu orden Fransa dövləti qarşısında xüsusi xidmətlərə görə verilir. Onun açıq fəaliyyəti var. Azərbaycan dövlətində fəaliyyət göstərən QHT rəhbərinə Fransa dövlətinin bu cür yüksək ordenlə təltif etməsi səbəbi barəsində fikirləşmək lazımdır. Bu orden kimə gəldi verilmir. Bu ordeni alanda fikirləşirdim ki, hansı xidmətlərin qarşılığı ola bilər. Aərbaycan vətəndaşı olaraq o hansı xidmətlər göstərib ki, bu cür mükafatlanıdırılıb. Bu yüksək mükafata Azərbaycanın birinci xanımı Mehriban Əliyeva alıb. Amma Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Bir QHT rəhbərinə bu orden ancaq xüsusi mühafizə xidmətləri ilə əməkdaşlığa görə verilə bilər. Çünki onun başqa beynəlxalq fəaliyyəti yoxdur. Onun fəaliyyəti ancaq Azərbaycan hökumətini ləkələməkdən ibarətdir. Onun fəaliyyəti 2013-2014-cu illərdə Azərbaycan dövlətinin əlehinə beynəlxalq təşkilatların aktivləşdiyi dövrə təsadüf edir. Bundan başqa onun heç bir fəaliyyəti yoxdur".

Leyla Yunus ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub - VİDEOYeganə Hacıyeva vurğulayıb ki, çox nüfuzlu mənbələr onun ermənilərlə işbirliyini təsdiqləyir: "Leyla Yunus Cənubi Qafqazda xalq diplomatiyası adı altında ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub. Onun cinayyət işinin əsas hissəsi də informasiyaların ötürülməsi ilə bağlı idi. Nəzərə alsaq ki, o Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyində müəyyən post tutur. Görünür bu istiqamətdə fəaliyyətləri olub. O informasiya bolluğundan Azərbaycana qarşı istifadə edib. Çünki başqa dövlətə işləmək artıq öz ölkənə xəyanət etmək deməkdir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1525   Tarix: 01 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 213
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 743
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 521
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 150
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 440
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 816
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 369
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 261
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 140