Azərbaycanda Youtube bağlanmalıdır?

Azərbaycanda Youtube bağlanmalıdır?Son günlər ölkəmizdəki gənclər arasında baş verən hadisələrdən, tez-tez şantaj və Azərbaycanın adına çıxarılan yalan videolardan sonra İKT üzrə ekspert Cahid İsmayıloğlu belə bir təklif irəli sürüb. O bildirib ki, təcili olaraq ölkəmizdə "Youtube" sosial şəbəkəsi bağlanmalıdır.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, ekspert fikrini belə əsaslandırıb: "Biz həmişə deyirik ki, Azərbaycanda azad internet mühiti var. Ancaq bundan sui-istifadə edənlər var və bu, günü-gündən təhdid halını alır. Bu səbəbdən internetə süzgəc tətbiq edilməsi vacib hala çevrilib. Nəzərə alsaq ki, Azərbaycanda "Youtube" sosial şəbəkəsinin istifadəçilərinin sayı da günü-gündən artmaqdadır, ölkəmiz həssas sayılacaq bir zamanda bu həssas məqamdan sui-istifadə edib ölkəmizə maksimum zərər vurmaq istəyən qüvvələr bu platformada aktivləşiblər".

"Dağıdıcı çağırışlar, montaj edilmiş şantaj və təhqir xarakterli video çarxlar, qondarma inforqraflar və s. bu video paylaşım səhifəsində sürətlə yayılmaqda və yüz minlərlə izlənilməkdədir. Bu yolla hadisələri manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Düşünürəm ki, təcili olaraq ölkəmizdə "Youtube" sosial şəbəkəsi bağlanmalıdır" - deyə C.İsmayıloğlu əlavə edib.

Məsələyə münasibət bildirən İKT üzrə ekspert Vahid Qasımov bildirib ki, "Youtube" kanalının bağlanması tamamilə düzgün fikir deyil: "İstər "Youtube", istər "Twitter", istər digər şəbəkələr sadəcə alətdir. Məsələ alətdə deyil, alətdən necə istifadə olunmasındadır. Əgər bir nəfər çəkiclə əlini əzəcəksə, bu, o demək deyil ki, çəkicdən istifadə olunmamalıdır. "Youtube"nin içərisində milyonlarla öyrədici video olduğu halda, bir neçə nəfərə görə insanları "Youtube"dən məhrum etmək olmaz".

V.Qasımov vurğulayıb ki, eyni zamanda "Youtube"nin gözəl xüsusiyyəti var. Əgər kiminsə əxlaqını pozan, şantaj xarakterli video varsa, onu şikayət edərək sildirmək mümkündür. "Youtube" rəhbərliyi insanların psixologiyasını pozacaq videoların yayılmasına qarşı olduğu üçün şikayətlərə tez bir zamanda reaksiya verir.

"Ən əsası, uşaqların, gənclərin tərbiyəsinin və psixologiyasının pozulasını istəmirsinizsə, o zaman valideynlər uşaqlarına tərbiyə verməlidir. "Youtube"ni bağlamaqla heç nə düzələn deyil. Onsuz tərbiyə pozan və psixologiyaya təsir edən materiallar və videolar başqa sosial şəbəkələrdə, saytlarda kifayət qədər çoxdur və orada da istənilən bu tip videoları yaymaq mümkündür. Baxmaq və yaymaq istəyənlər o saytlardan da istifadə edib baxa biləcək", - deyə ekspert bildirib.

Sosioloq Cavid Şahmalıyev isə vurğulayıb ki, "Youtube"nin digər kanallara nisbətən daha təhlükəli hesab edilməsi yanlış fikirdir: "Əslində reallıq tam başqadır. "Youtube" şirkəti beynəlxalq qanunvericiliyə uyğun olaraq işləyir. Yerləşdirilən videolarda uşaq hüquqları haqqında konvensiyaya, insan hüquqlarını qorumağa çalışır. Əgər videoda zorakılıq, şantaj və bu kimi hallar olarsa, şirkət özü bu videoları silir".

"Məhz bunları nəzərə alaraq, "Youtube"nin bağlanması düzgün olmaz. Əksinə bu gün istənilən insan başqa kanallar vasitəsi ilə istədiyi məlumatı və videonu tapa bilər. Ondansa gənclərə və yeniyetmələrə düzgün istiqamət verərək doğru tərbiyə etmək lazımdır ki, onlar internetdən düzgün istifadə etsinlər. Biz gəncləri açıq fikirli böyütməliyik ki, onlar hislərinin qurbanı yox, ağılları ilə hərəkət edə bilsinlər. Onlara nələrisə qadağan etmək yox, düzgün tərbiyə etməliyik" - ekspert qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1626   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 213
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 743
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 521
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 150
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 440
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 816
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 369
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 261
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 140