Əli Kərimlinin qəzeti Cəmil Həsənlini "vurdu"

Əli Kərimlinin qəzeti Cəmil Həsənlini "vurdu"Xalq Cəbhəsi Partiyasının (AXCP) ruporu olan "Azadlıq" qəzeti bu dəfə Milli Şuranın sədri Cəmil Həsənlini hədəfə aldı.

BiG.AZ Yenicag.az-a istinadən bildirir ki, xalq şairi Fikrət Qoca ilə müsahibə yayımlayan qəzet onun Cəmil Həsənli haqqında aşağılayıcı ifadəsini başlığa çıxarıb. Fikrət Qocanın "Cəmil Həsənli müxalifətə qoşulandan sonra səviyyəsini aşağı endirdi" başlığı ilə verilən müsahibəsi həm də "Azadlıq" qəzetinin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Qəzetin Fikrət Qocadan müsahibə götürməsini şərtləndirən səbəblər və onun Cəmil Həsənli barəsindəki o ifadələri hansı kontekstdə işlətdiyini söyləmək çətindir – çünki məhkəmə qərarı ilə qəzetin saytına ölkə ərazisində blok qoyulub. Bununla belə, nüvəsində AXCP-nin dayandığı Milli Şuranın sədri Cəmil Həsənlinin başqa bir nəşrdə yox, məhz "Azadlıq" qəzetində iqtidaryönlü şair tərəfindən təhqir olunmasına şərait yaradılması, həmin ifadələrin nümayişkar tərzdə paylaşılması təbii qarşılanacaq hal deyil.

Xatırladaq ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov avantürasının iflasından sonra Milli Şura və bu layihənin əsas "koordinator"larından biri olan Əli Kərimli böyük rəzalətdən elə Cəmil Həsənlinin sayəsində xilas olmuşdular. İbrahimbəyovun seçkidə iştirak etməyəcəyi dəqiqləşəndə, məhz Həsənli Milli Şuranın namizədi olmaq kimi yükün altına girməyə razılıq vermişdi. Tarixçi-professor 2013-cü ildən bu yana Kərimlinin mövqe ifadəçisinə çevrilərək, yetərincə ağır zərbələrə də məruz qalıb. Həsənlinin bu fədakarlığının əvəzi AXCP sədri tərəfindən "Azadlıq"da bu cür təhqir oldu. Sözsüz, bütün addımlarını ölçüb-biçən, çıxarlarını min dəfə hesablayan, maraqlarının təmin olunma faizini təkrar-təkrar yoxlayan Əli Kərimli özünün "sağ əli" sayılan Cəmil Həsənlini səbəbsiz hədəf taxtasına çıxartmaz. O baxımdan, əgər "Azadlıq" qəzetində Cəmil Həsənlini artıq təhqir edirlərsə, bu, Milli Şura sədri ilə AXCP lideri arasında yaranmış çatın dərinliyini göstərir.

Cəmil Həsənlinin "Azadlıq"da "vurulması"nın səbəbləri barədə Yenicag.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Əli Kərimli professoru yazıçı Anarı dəstəklədiyinə görə cəzalandırır:

"Professor Cəmil Həsənlinin "Azadlıq" qəzetində nüfuzdan salınması heç bir halda sadə məsələ deyil. Burada həmin başlığı da o qəzetin ifrat müstəqilliyi ilə əlaqələndirmək mümkün deyil. Çünki "Azadlıq"da az qala durğu işarələri də Kərimlinin diqtəsi ilə yerləşdirilir. Hesab edirəm ki, qəzetin Həsənliyə qarşı bu davranışı birbaşa Kərimlinin göstərişi ilə gerçəkləşib. Mənə belə gəlir ki, bunun əsas səbəbi Həsənlinin bir neçə gün əvvəl yazıçı Anar haqqında dediyi müsbət fikirlərdir. Xatırlayırsızsa, bir neçə gənc prezident İlham Əliyevi dəstəklədiyini bəyan etmiş Anarın kitablarını yandırmaq təşəbbüsünü irəli sürmüşdü. Əlbəttə ki, o təşəbbüsə haqlı olaraq, sərt etirazlar bildirildi. Bu çərçivədə gedən müzakirələrdə Cəmil Həsənli də Anarı dəstəkləyən mövqe ifadə etmişdi. Görünür, Kərimli Anar haqqında obyektiv danışan Həsənlinin bununla ona xəyanət etdiyini düşünüb və professorun "vurulmasına" göstəriş verib. Mən Kərimlinin bu hərəkətinə qətiyyən təəccüblənmirəm. Onun və yanında formalaşmış cameənin dəyərlərə, münasibətlərə, dostluğa, yoldaşlığa zərrə qədər də sayğısı yoxdur. Bu üzdən də Kərimli bəyənmədiyi, maraqlarına toxunan, hətta bununla ona xəyanət etdiyini düşündüyü Həsənlinin cəzalandırılmasını tapşırıb. Biz Kərimlinin kim olduğunu artıq bilirik. Cəmil Həsənlinin də bu münasibətdən, sayğısızlıqdan nəticə çıxartması pis olmazdı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 666   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

TOP MP3