Əlillərlə bağlı qanun qəbul edildi

Əlillərlə bağlı qanun qəbul edildi

Əlilliyin müəyyən edilməsində bir çox mərhələlərdən keçilməsi məsələsi bir neçə ildir aradan qaldırılıb. 2015-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələ həllini tapıb.

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.Nazir müavini əlavə edib ki, bir neçə il əvvəl əlilliyin müəyyən edilməsində müəyyən rüşvət halları olurdu.

"Lakin bu gün bu işin təmassız həyata keçirilməsi problemləri aradan qaldırıb. Əlillərin reabilitasiyası üçün də bütün lazımı tədbirlər həyata keçirilib. İş yerlərində kvota məsələsinə gəldikdə, Məşğulluq haqqında qanunda da əlillik haqqında kvota müəyyən edilib. Bu qanun layihəsinə təkrar kvotanın əlavə edilməsinə ehtiyac yoxdur. Ağlabatan ifadəsinə gəldikdə, bu təcrümə ilə bağlıdır. Uyğun təklif varsa, deyin, onu əlavə edək".
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 933 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
People_need
People_need 14.02.2018
Bu hallar yenə var, subutlarım var !


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər