Polkovnik Şair Ramaldanov: "Hər an döyüşlər başlaya bilər" - AÇIQLAMA

Polkovnik Şair Ramaldanov: "Hər an döyüşlər başlaya bilər" - AÇIQLAMASon günlər düşmənlə təmas xəttində gərginlik müşahidə edilir. Müdafiə Nazirliyinin bu günə verdiyi məlumata görə isə cəbhənin Cəbrayıl rayonu istiqamətində düşmən ordusu ilə qarşıdurma vəziyyəti yaranıb və düşmən təxribatçıları itki verərək geri çəkiliblər. Rəsmi məlumatda isə 1 erməni hərbçisinin öldüyü, 2 hərbçinin isə yaralandığı qeyd edilir.

Düşmənlə təmas xəttindəki gərginliyi şərh edən polkovnik Şair Ramaldanov BiG.AZ-a açıqlamasında bu vəziyyətin 25 ildir davam etdiyini, hər an isə döyüşlərin başlaya biləcəyini bildirib.

Polkovnik Şair Ramaldanov: "Hər an döyüşlər başlaya bilər" - AÇIQLAMAŞair Ramaldanov qeyd edib ki, 1 gün də olsa müharibə dayanmayıb:

"Sadəcə, bu vəziyyət atəşkəs frazasına çevrilib. Azərbaycan torpaqları işğal altındadır. Biz torpaqlarımızı azad etmək niyyətindəyik. Hər an müharibənin olması və döyüşün başlanması gözləniləndir. Bizim silahlı qüvvələrdə gedən prosselər işğalda olan torpaqların azad edilməsi üçün aparılan hazırlıqdan xəbər verir. Seçki qabağı və sonrası hər an müharibə ola bilər".

Şair Ramaldanov vurğulayıb ki, cəbhədə vəziyyət dünən gərginləşməyib:

"Cəbhədə gərginlik bir an olsa da azalmayıb. Əgər cəbhə bölgəsində atəşkəsin pozulması 100-dən yuxarıdırsa, bu, gərginlikdən xəbər verir. Bilirsiniz, Azərbaycan Silahlı Qüvvələrinin işi tutduğu mövqeləri qorumaq, orada olan yaşayış məntəqələrinin və dinc sakinlərin təhlükəsizliyini təmin etməkdir. Erməni tərəfi gün ərzində 100-dən çox atəşkəsi pozur. Azərbaycan tərəfi məcburdur ki, təhlükəsizliyi təmin etmək üçün atəş açılan mövqelərə cavab versin. Dünən də həmin atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin verdiyi cavab nəticəsində erməni tərəfi itki verib. Bu, birinci dəfə deyil. Bilirsiniz ki, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. ATƏT-in Minsk Qrupu belə bir müraciət etdi ki, seçki ərəfəsində cəbhədə gərginlik minimuma çatdırılsın və atəşkəs rejiminə riayət edilsin. Azərbaycandan fərqli olaraq Ermənistanda seçki qabağı prosseslər gərgindir. Cəmiyyət 2 yerə bölünüb. Ermənistanda sağlam cəmiyyət insan itkisinin sonlandırılması üçün Qarabağı probleminin həllini tələb edir. Azərbaycanda yeni beynəlxalq enerji proyektləri ortaya çıxır. Ermənistanın bu proyektlərdən kənarda qalması, iqtisadiyyatları Rusiyanın təsiri altına düşməsi onları qəzəbləndirir. Serj Sarksiyan Qarabağ faktoru ilə cəmiyyətdəki problemlərdən fikir yayındırmaq üçün Qarabağda gərginliyi artırır".

Polkovnik onu da bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi tez-tez cəhhə bölgəsinə gedir və ordunun döyüş hazırlığı mütəmadi ölkə rəhbərliyinin nəzarətindədir:

"Yerlərdə lazım olan tapşırıq verilir. Bunun da səbəb odur ki, biz ermənilərdən daim təxribatlar gözləyirik. Öz bölmələrimizi yüksək döyüş vəziyyətində saxlayırıq. Ermənistan tərəfinin təxribatlarının qarşısı layiqincə alınır. Ali Baş Komandanımız demişdi ki, "Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olub getsin". Erməni əsgərləri hələ də Azərbaycan torpağındadır. Onlar işğalçı niyyətlərindən əl çəkmək istəmirlər. Belə olan təqdirdə də düşmən tərəfi hər zaman itki verəcək, erməni anaları öz övladlarını tabutlarda qəbul edəcəklər. Hesab edirəm ki, erməni anaları övladlarını işğal edilmiş ərazilərdə işğalçı kimi xidmət etmələrinə icazə verməməlidir. Öz etirazlarını düzgün bildirirlər. Hesab edirəm ki, erməni tərəfinin dünənki itkiləri bu etirazı daha da gərginləşdiriləcək. Azərbaycan silahlı qüvvələri ali baş komandanımızın rəhbərliyi ilə öz fikrini çoxdan bildirib. Azərbaycan heç vaxt torpaqlarının işğalda qalmasına razılıq verməyəcək. Tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Rusiyada, Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra ya düşmən tərəfə təklif ediləcək ki, geri çəkilsin, ya da bəlkə də böyük dövlətlər Azərbaycana yaşıl işıq yandıracaq. Azərbaycan silahlı qüvvələri də öz gücünü göstərəcək".

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2803   Tarix: 08 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd

11:25 253
.

Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə

14:31 273
.

5G dünyanı dəyişir: Azərbaycanda niyə hələdə tətbiq olunmur? - İKT EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində sürətlə yayılan 5G texnologiyası artıq rəqəmsal inkişafın əsas göstəricilərindən birinə çevrilib. Yüksək sürət, aşağı gecikmə və geniş imkanlar vəd edən bu yeni nəsil şəbəkə son günlərdə Türkiyədə də mərhələli şəkildə tətbiq olunmağa başlanıb. Lakin region ölkələri arasınd

12:06 263
.

ABŞ-ın Bağdaddakı səfirliyi 24-48 saat ərzində şəhərdə baş verə biləcək hücumlarla bağlı xəbərdarlıq edib və amerikalılar şəhəri tərk etməyə çağırılıb

ABŞ-ın Bağdaddakı səfirliyi xəbərdarlıq edir ki, İraqdakı İranpərəst silahlı qruplar yaxın bir-iki gün ərzində şəhərə hücum edə bilərlər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Səfirlik X-də verdiyi açıqlamada ölkədəki amerikalıları dərhal tərk etməyə çağıraraq bildirib ki, "İranl

12:46 247
.

Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin

01.04.2026 557
.

Problem, yoxsa oyanış: Orta yaş böhranının əsl səbəbləri nələrdir?

Orta yaş böhranı adlandırdığımız halların böyük hissəsi nə idman avtomobili almaq, nə ailəni tərk etmək, nə də isti ölkəyə birtərəfli bilet bron etmək istəyi ilə bağlıdır. Bu mərhələni yaşayan insanlar - müəllifin özü də daxil olmaqla - daha qəribə bir hissdən danışırlar: sanki həyatın əsası yerində

01.04.2026 492
.

Tolikin evində xeyir iş

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) bacısı Fatimənin xınayaxdısı olub. Axşam.az xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclis şair Nazilə Səfərliyə həvalə edilib. Gecənin aparıcılığını isə Könül Muxtarova edib. Gecədən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıb. Qeyd edək ki

12:25 407
.

Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir?

"Fizza Pay" MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb. -a istinadən xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pu

01.04.2026 459
.

Hayfada raket sirenləri səsləndi, xəsarət alan yoxdur

İranın İsrailin şimalına yeni raket atəşi açmasından sonra Hayfada raket sirenləri səsləndi. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Magen David Adomun sözlərinə görə, hücumdan sonra ölüm və ya xəsarət alma halları qeydə alınmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

10:53 224
.

TOP MP3