Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE"Ermənistan cəmiyyəti bu gün qorxu içindədir".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQEDeputat qeyd edib ki, erməni deputatlarında Azərbycanın hər gün güclənməsi ilə bağlı fikir formalaşır və bu onları ciddi narahat edir: "Bu gün Azərbaycan müasir silahlarla təchiz olunub. O silahları satan tərəflərin biri də Rusiyadır. Bundan əlavə Azərbaycan Rusiyadan yeni silahlar almağı planlaşdırır. Bunun üçün də danışıqlar aparır. Belə olduğu təqdirdə Azərbaycan öz torpaqlarını işğalda qalması ilə razılaşmayacaq. Bir gün müharibə labüd olacaq. Həmin müharibədə də Ermənistanı biabırçı məğlubiyyət gözləyir. Ermənilər özlərinin müdafiə qabiliyyəti ilə Azərbaycanın hərbi qüdrətini müqayisə edir. Bilirlər ki, çox böyük fərqlə uduza bilərlər. Görəndəki Azərbaycanın silahlandırılmasında və qüdrətlənməsində Rusiyanın çox böyük rolu var. Bu da ermənilərdə Rusiyaya olan etibarın azalmasına səbəb olur. Hətta Ermənistan prezidenti 2016-cı ilin aprelində Almanıyada səfərdə olan zaman Putindən şikayət edib".

Elman Nəsirli vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq münasibətləri inkişaf etdikcə, Rusiya-Ermənistan arasındakı anlaşılmazlıqlar artıqca bu qənaətə gəlirlər ki, bu gələcəkdə müharibə baş verdiyi təqdirdə ciddi məğlubiyyətə səbəb ola bilər: "Rusiyaya da inanmırlar. Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Cənab prezidentimiz hər zaman beynəlxalq tribunalarda, eləcə də BMT-nin 70-ci sessiyasında bildirmişdi ki, münaqişəni dinc yolla həll etmək istəyirik. Sülh yolla alınmasa müharibə variantı aktuallaşa bilər. Ermənistan cəmiyyəti də bilsin ki, Azərbaycan torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq. Yaxşı olar ki, torpaqları dinc yolla geri qaytarsınlar. Əks halda müharibə variant aktuallaşa bilər. Aprel döyüşlərinə tap gətirməyən Ermənistan müharibə baş versə məğlubiyyətlə barışmalı olacaq. Bunu da erməni deputatları görür. Artıq dillərinə də gətirirlər. Gunahı özlərinin işğalında deyil Rusiya da, Türkiyədə görürlər. Əslində günahkar özləridir ki, bizim torpaqlarımızı işğal edib, özlərini blokadaya salıblar".

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQECənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistanın davam edən işğalçı siyasəti regionda müharibə riskini gündəmdə saxlayır. Rəsmi İrəvan kompromislərə getməyincə, daima Azərbaycanın hərbi təzyiqləri ilə üzləşmək şəraitindədir: "Aprel hərbi eskalasiyası, göstərdi ki, Ermənistana istənilən an hərbi zərbə vurmaqla Rusiyanı müəyyən müddət neytral saxlamaq olar. Dörd günlük müharibədə Rusiyanın Ermənistanı müdafiə etməməsi erməni cəmiyyətində bu ölkəyə inamsızlıq və ümidsizlik yaradıb. Bir tərəfdən Türkiyənin uğurlu Afrin əməliyyatı, bu əməliyyata Rusiyanın dəstəyi Yerevanda çaşqınlığa səbəb oldu. Buna görə onlar bu qənaətə gəliblər ki, Türkiyə və Azərbaycan Ermənistana qarşı birgə hərbi əməliyyat keçirsə Rusiya bu ölkəni müdafiə etməyəcək. Hazırda şərait tam imkan verir ki, Azərbaycan öz silahlı qüvvələri ilə işğal olunmuş əraziləri azad etsin.Türkiyənin rolu onda ola bilər ki, üçüncü ölkə Ermənistan tərəfdən Azərbaycana qarşı hərbi əməliyyatlarda rəsmən iştirak etsin. Ermənistanda ümumi Türkiyə qorxusu var və Türkiyənin son aylarda uğurlu hərbi əməliyyatları, Ermənistanda eyni ssenarinin Qarabağda yaşanması kimi narahatlıqları yaşanır. Qarabağ müharibəsi kövrəkdi və istənilən vaxt alovlana bilər".

Xatırladaq ki, Ermənistanın keçmiş deputatı Vahan Badasyan yerli mətbuata açıqlamasında Türkiyə Ermənsitana hücum edərsə Rusiyanın Ermənistana xəyanət edəcəyini bildirib.

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2752   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qrenlandiya ABŞ ilə müdafiə sazişi bağlaya bilər

Qrenlandiya ABŞ ilə müdafiə sazişini Danimarkanın iştirakı olmadan uzatmaq niyyətindədir. -ın xəbərinə görə, bunu adanın hökumət koalisiya partiyasından olan deputatı Siumut Kuno Fenker deyib. "Bizim Danimarka və ABŞ arasında müdafiə sazişimiz var. Biz bunu alnız Qrenlandiya və ABŞ arasında müdafi

19.01.2025 259
.

Sabah hava necə olacaq?

Yanvarın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinl

13:51 271
.

Əməkdar artist vəfat etdi

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib. Bu barədə BİG.AZ-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib. Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında

10:12 515
.

Slovakiyanın vitse-spikeri: Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər

"Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər". "Report" xəbər verir ki, bunu Slovakiyanın vitse-spikeri Tibor Qaspar "TASS"a müsahbəsində deyib. O, Rusiya Prezidenti Vladimir Purinlə ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Tramp arasında əld

19.01.2025 243
.

Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib. "Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında bildirilib. "1990-cı il yanvarı

19.01.2025 250
.

İsraildə üç nazir Qəzzada atəşkəs razılaşmasına görə istefa verib

İsraildə ifrat sağçı Otzma Yehudit partiyasından olan üç nazir "HƏMAS" ilə əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa veriblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir

19.01.2025 272
.

Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim və cərrah Qiyas Mehdiyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, uzun illər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında çalışıb. Vurğulanıb ki, Qiyas Mehdiyevin 84 yaşı olub

19.01.2025 797
.

Qubada 17 sm qar yağdı

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 17 sm, Qaxda (Sarıbaş) 12 sm, Zaqatalada (Əlibəy) 10 sm, Qusard

12:56 206
.

Yolda xarab olur, enerjisi bitir: Elektrik avtobuslarının problemi nədir? - VİDEO

Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir. Ya enerjisi bitir, ya da yeni olsa da, texniki problemi yaranır, ya da içəridə isitmə sistemi qoşulmur. İTV-yə istinadla xəbər verir ki, bunu hər gün elektrik mühərrikli avtobuslardan istifadə edən sərnişinlər deyirlər. Görünən odu

19.01.2025 427
.

TOP MP3