"Bəxt üzüyü 2" belə təqdim olundu – FOTOSİLSİLƏ

"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏÖtən gün Flame Towersdə yerləşən Park Cinema kinoteatrında "Planet Parni iz Baku" komandasının ərsəyə gətirdiyi "Bəxt üzüyü 2" filminin təqdimat mərasimi keçirilib.

Gecəyə media nümayəndələri və tanınmış simalar qatılıb. Onların sırasında DTX rəisi Mədət Quliyev və həyat yoldaşı Zəhra Quliyeva, xalq artistləri Mənsum İbrahimov, Aygün Kazımova, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar incəsənət xadimi Faiq Sücəddinov, əməkdar artist Murad Dadaşov, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, "Xəzər" TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov, aparıcı Hacı Nuran, rəqqasə Oksana Rəsulova və başqaları olub.

Eyni anda bir neçə zalda nümayiş olunan ekran işinə maraq böyük olub.

"Bəxt üzüyü 2" nümayiş olunmazdan qabaq ekran işinin heyəti izləyicilərin qarşısına çıxıb.

Əməkdar artist Tahir İmanov zalda əyləşən qonaqları salamlayaraq film haqda danışıb.

Daha sonra isə sözü xalq artisti Afaq Bəşirqızına verib. İllərin sənətkarı çox həyəcanlı olduğunu və heç bir söz deyə bilməyəcəyini bildirib.

Film artıq ilk dəqiqələrindən zalda əyləşən hər kəsi güldürməyi bacarıb.

Belə ki, ekran işi "Bəxt üzüyü"nün əvəzolunmaz obrazları Söylü və Moşunun səhnəsi ilə başlayır.

"Bəxt üzüyü 2"də birinci hissədə olduğu kimi "Söylü"nü xalq artisti Afaq Bəşir qızı, "Moşu"nu xalq artisti Valeh Kərimov, "Rasim"i xalq artisti Rafael Dadaşov, "Seda"nı akrtisa Firəngiz Rəhimbəyova canlandırıb.

Ekran işində xalq artisti Arif Quliyev də rol alıb. 27 il öncə sahə müvəkkilini oynayan aktyor bu dəfə tamam fərqli peşənin sahibi kimi tamaşaçıların qarşısına çıxıb.

Aktyor filmin sonunda epizodik rolda çəkilsə də ekran işində cütlüyün taleyini həll edən sima olub. "Bəxt üzüyü 2"də keçmişi yada salaraq nostalji hissləri yaşadan da məhz Arif Quliyevin obrazıdır.

Filmə yenilik qatan və hər kəsin maraqla qarşıladığı iki obraz isə əməkdar artistlər Tahir İmanov və Cabir İmanov olub.

Belə ki, T.İmanov "Söylü"nün oğlu "Xoşbəxt"i, C.İmanov isə Rusiyada bizneslə məşğul olan qardaşı "Fedot"u canlandırıb.

"Fedot" şəxsi həyatı və biznesi alınmayan, rus dilində danışa bilməyən lakin Rusiyada fəaliyyət göstərən həmyerlimizdir.

"Bəxt üzüyü 2" filmində həmçinin əməkdar artist Bəhram Bağırzadə, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil Musayev də rol alıb.

Qeyd edək ki, filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı prodüseri Mirsalam Mirsalamovdur.

"Bəxt üzüyü 2"ni bu gündən etibarən Park Cinema kinoteatrlar şəbəkəsində və Nizami Kino Mərkəzində izləyə bilərsiniz.

"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ"Bəxt üzüyü 2" belə təqdim olundu - FOTOSİLSİLƏ//PrimeTime.Az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2708   Tarix: 01 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

TOP MP3