Bu yerlərdə siqaret çəkmək olmaz: Cərimələnəcəksiniz - VİDEO
BiG.AZ bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qapalı və ictimai yerlərdə siqaret çəkilməsi haqda reportaj efirə gedib.
Qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs, eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?
"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.
Restoran əməkdaşı: "Qərar qüvvəyə minəndən sonra lövhələr quraşdırıldı. Burada siqaret çəkmək qadağandır".
Qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə məlumat verilir. Lakin qonaqların zallarda siqaretdən istifadə etmələrinə bütünlüklə nəzarət edib icazə verməmək mümkün olmur. Çünki bu toy sahibləri ilə aralarında problemlərin yaranmasına gətirib çıxara bilər.
Fazil Mustafa (millət vəkili): "Hər kəs özünə aid olan işi görsə məsuliyyət yaranmır. Siqaret çəkənin özü cərimə olur".
Bu qanunla qaydalara riayət edib siqaretdən istifadənin müəyyən edilmiş yerlərdə istifadəsi tələb olunur. İnsanların sağlamlığını qorumaq məqsədilə qəbul edilən qanunu pozanları pul cəzası gözləyir.
Sakin: "İctimai yerdə qadın, uşaq, körpə olur. Bunların yanında siqaret çəkmək olmaz. İlk dəfədən xəbərdarlıq olsa, sonra cərimə olsa, yaxşı olar".
Siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə verilib. Lakin kankret cərimələrin miqdarı müəyyənləşdirilməyib. Qanuna əsasən görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarənin olmamasına görə restoran sahibləri də cərimələnəcək.
Fazil Mustafa (millət vəkili): "Hələki inzibati xətalar məcəlləsində bu məsələ öz həllini tapmayıb. Yaz sessiyasında məsələyə baxılacaq. Konkretləşdirmə olacaq".
Bu qanunun tətbiqində əsas məqsəd siqaret çəkənlərin hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycanda tütündən azad zonalar yaratmaq və bundan yaxa qurtarmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1838 Tarix: 31 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Sulu qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dol
01.04.2025 315 24 yaşlı qızın meyiti yorğan altında tapıldı: Son gecənin sirləri
Büşranın Şübhəli Ölümü: Son Gecənin Sirləri. Aydın vilayətinin Nazilli ilçəsində, 24 yaşlı Adnan Menderes Universiteti Beynəlxalq Münasibətlər fakültəsinin son kurs tələbəsi Büşra Cinin müəmmalı ölümü geniş müzakirələrə səbəb olub. bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onun cəsədi sevgilisi Özca
01.04.2025 282 Ermənistan-Gürcüstan sərhədində zəlzələ baş verib
Ermənistan-Gürcüstan sərhədi zonasında 3,5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Zəlzələ Şirak əyalətində 3 bal gücündə, Lori vilayətinin Taşir şəhərində isə 2-3 bal gücündə hiss olunub. [hh4-unikal]
01.04.2025 180 Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI
Aprelin 1-də paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında "Kəpəz" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və təmir işlərinin həyata keçirildiy
01.04.2025 180 "İşləməyi çox sevən insanam" - Perihan Savaş
"İşləməyi çox sevən insanam. Hətta oturanda çox sıxılıram". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Perihan Savaş deyib. "Son vaxtlar əvvələ nisbətən sakit dönəmdəyəm. Çünki əvvəl 1 aya 3 film çəkirdik" ,- deyə o qeyd edib. [hh4-unikal]
01.04.2025 126 Müəllimlərə "hinduşkabaş" deyən direktor işdən çıxarıldı
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlar
01.04.2025 281 Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2025-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bioloji Müxtəlifliyi
01.04.2025 354 Atasız qızlarla bağlı çıxışına görə - "KANAL S" cəzalandırıldı
Bu gün Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Kanal S" televiziya kanalında yayımlanan "Sözün bitdiyi an" proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakir
01.04.2025 460 "Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək"-ELÇİN XALİDBƏYLİ
Əldə olunan razılaşmalara baxmayaraq, Ermənistan tərəfi təxribatları davam etdirir. Ermənistan ordusu atəşkəs rejimini tez-tez pozur. Bunun birgə rəsmi İrəvan dezinformasiya kampaniyasına da başlayır. Ermənistan niyə təxribata və dezinformasiyaya əl atır? . Mövzu ilə bağlı -a açıqlama verən politolo
01.04.2025 251