"Xəzər İnşaat" MTK şikayətçi sakinlərə təzyiq edir - ÖZƏL
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D" massivində yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan binaların yanğın təhlükəsizliyi çıxışı bina rəhbərliyi tərəfindən özbaşınalıq yolu ilə bağlanılması ilə bağlı sakinlərin şikayətini dərc etmişdik. Şikayətin dərc olunmasından sonra "Xəzər İnşaat" MTK şikayətçi olan sakinlərə təzyiq göstərməyə başlayıb.
Yazını ətraflı buradan oxuya bilərsiniz: "Xəzər İnşaat" MTK sədri bina sakinlərinin yolunu bağladı: Sakinlər ayağa qalxdı - ŞİKAYƏT
"Şikayətçi olan sakinlərə təzyiq göstərək işıqlarını kəsiblər".
Bununla bağlı Big.az-a müraciət edən bina sakini Ramil İbrahimov qanunsuz olaraq işığının kəsildiyini deyib: "Sizə və Fövqəlada Hallar Nazirliyinə müraciət edəndən sonra nazirliyin nümayədələri gəldilər, həmin qapını açdılar. Fövqəlada Hallar Nazirliyinin nümayəndələrindən şikayətçinin kimi olduğunu soruşanda mənim adımı deyiblər. Mənim adımı onlara deyəndən sonra mənə təzyiq ediləməyə başladı və işıqlarımızı kəsdilər".
Ramil İbrahimov qeyd edib ki, yay aylarında "Xəzər İnşaat" MTK-nın müdüriyyəti onun əvəzinə 1000 (min) manat kredit ödəsə də, şikayətçi olduğu üçün həmin pulu tələb edirlər: "Mənim əvəzimə 1000 manat kredit ödəmişdi. Mən də bunun əvəzində ərizə yazmışdım ki, həmin məbləği hər ay ödəyəcəm. 112-yə şikayətdən sonra mənim işıqlarımı kəsdilər. Komendanta zəng eləyib soruşandakı işıqlar niyə yanmır. Deyir ofisə müraciət edin. Ofisə gedəndə rəhbərlik məni qəbul etmədi. Mən də orada kredit işinə baxan Kamranla görüşdüm. O da mənə etdiyim şikayətə görə işığımın kəsildiyini söylədi. Onun mənim işğımı kəsməyə ixtiyarı yoxdu. Dedi borcunu ödə işığını yandıraq. Məndə kredit borcumu tam ödədikdən sonra işıqlarım yandırıldı".
Ramil İbrahimov bu evi kvadratı 1460 manata tam istilik sistemi ilə təmin olunmuş şəkildə aldığını vurğulayıb: "Müqaviləmdə də var. Amma 6 aydan sonra onlar istilik sistemini kəsib. Qazanxanaları bağladılar. Sakinləri də kombi almağa məcbur edirlər. Kreditlə kombi satırlar. 15 qonşu birləşib etiraz ediblər. Həmin qonşulara şikayət etməsinlər deyə sistilik sistemini "Xəzər İnşaat" MTK-nın özü qoyub. Amma mən 900 manat ödəmişəm. Bundan əlavə hər ay kommunala görə pul ödəyirəm. 13 manat bir otaqlıdan, 18 manat 2 otaqlıdan, 20 manatdan çox da 3 otaqlılardan alırlar. Bu pulun müqabilində isə bütün binanın arxası, qarşısı zibilxanadır. Tez-tez liftləri işləmir. Bizdən alınan kommunl pullar hara sərf edilir, bilmirik. Mən kombiyə görə ödədiyim 900 manat pulu və hər ödədiyim ödənişi geri tələb edirəm".
Big.az saytı bununla bağlı Kristal Abşeron şirkətinə rəsmi sorğu göndərsə də hələ də cavablandırılmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1986 Tarix: 31 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589