Uşaqlarda göz xəstəlikləri artıb - SƏBƏBLƏR

Uşaqlarda göz xəstəlikləri artıb - SƏBƏBLƏRTexnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirməklə bərabər, eyni zamanda, müəyyən xəstəliklərə də yol açır.

Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.

BiG.AZ modern.az-a istinadən bildirir ki, oftalmoloq-cərrah Taryel Rüstəmovun dediyinə görə, uşaqlar çox erkən yaşlarda telefon və kompüterdən istifadə etməyə başlayırlar. Bu da azyaşlılarda göz zəifləməsini sürətləndirir: "Azyaşlı uşaqlarda göz zəifliyinin əsas səbəblərindən biri budur ki, onlar kompüter və telefonda oyun oynamağı sevirlər. Bu oyunlar uşaqları özünə aludə edir. Nəticədə onlardan aşırı dərəcədə istifadə etməyə başlayırlar. Valideynlər belə vəziyyətlərə hazır olmalı və övladlarına xüsusilə diqqət etməlidirlər ki, sonda bu problemlə üzləşməsinlər".

Taryel Rüstəmov qeyd edib ki, azyaşlı uşaqlarda göz zəifliyinin digər səbəbləri də çoxdur: "Qohum evlilikləri, irsi amillər, bununla yanaşı, metabolik xəstəliklərin olması, gözün orqanik xəstəlikləri, akkommadasiyanın spazmı və başqa amillərdən irəli gələ bilər".

T. Rüstəmovun sözlərinə görə, ciddi göz xəstəliklərindən əziyyət çəkən uşaqlar dərhal əməliyyat edilməlidir: "Elə xəstəliklər var ki, xəstənin uşaq vaxtında dərhal əməliyyat olunmasına ehtiyac olmur. Onlar uşaq yaşlarından ciddi nəzarətimiz altına götürülür. Müəyyən yaşdan sonra, adətən, 18-21 yaşdan sonra əməliyyat olunurlar. Ancaq katarakta, çəplik, anadangəlmə qlaukoma kimi ciddi göz xəstəliyinə tutulmuş uşaqlar ən tez zamanda əməliyyat olunmalıdırlar".

Həkim bildirib ki, uşaqların qida rasionuna diqqət etməsi vacibdir: "Daha çox vitaminli qidalardan istifadə edilməsi məqsədəuyğundur. Balıq məhsullarına, eləcə də, meyvə-tərəvəz, süd və süd məhsullarına üstünlük verilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1493   Tarix: 28 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879