ŞOK! İzzət ağa "Kurtlar Vadisi Pusu"da həqiqətən öləcəkmiş ! (Video)
"Kurtlar Vadisi Pusu" serialında İzzət ağa obrazını canlandıran aktyor Erol Tezeren 150-ci seriyada Poladın intiqamı vaxtı ölüm təhlükəsi ilə üzləşib. Qeyd edək ki, İzzət ağa artıq 50 seriyadır "Kurtlar Vadisi Pusu" serialının əsas fiqurlarından biri idi. Polad Alemdarın oğlunun ölümünə səbəb olduğu üçün intiqam məqsədilə diri-diri torpağa basdırılan, bundan əvvəl isə başına su tökülərək işkəncəyə məruz qalan 70 yaşlı aktyor bu səhnənin çəkilişində boğulub. Gözləmədiyi anda üzünə atılan suyun ağzına dolaraq ciyərlərinə getdiyini deyən aktyor az qala Abdulheyin əlində öləcəyini deyib.
"Əslində çəkilişdən əvvəl məşq eləmişdik. Üzümə su ataraq məni özümə gətirəcək, sonra da diri-diri basdıracaqdılar. Kənan Çoban (Abdiulhey) boş vedrə ilə məşqini düzgün elədi. Çəkiliş başladı və mən tabutda ikən üzümə su atdı. Mən rola görə oyanmaq hərəkəti edəndə o vedrənin dibində qalan suyu da üzümə boşaltdı. Məşq xaricində olan bu həmləni gözləmədiyim üçün su ağzıma və ciyərlərimə doldu, öskürməyə başladım. Elə bildilər rol oynayıram və çəkilişlərə davam etdilər. Sonra başa düşdülər ki, boğuluram, çəkilişi dayandırdılar. Məni az qala Polad yox, Abdulhey öldürürdü. Sonra özümə gəldim və məni diri-diri basdırdıqları səhnə çəkildi".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş