Məktəblərin ətrafı dayanacağa çevrilib - Aidiyyati qurumlar hərəkətə keçdi - VİDEO

Məktəblərin ətrafı dayanacağa çevrilib - Aidiyyati qurumlar hərəkətə keçdi - VİDEOBakıda iki məktəbin ətrafındakı səkilərdə və yolun hərəkət zolağında avtomobilləri park ediblər. Nəticədə həm yolda tıxac yaranır, həm də məktəbdən çıxan şagirdlərin şəxsi avtomobillərə minidirlib-düşürdülməsində problem yaranır.

BiG.AZ bildirir ki, söhbət paytaxtda yerləşən 189 və 190 nömrəli məktəblərdən gedir. Bu ərazidəki mövcud problemləri aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə həmin məktəblərin ətrafında nəqliyyat şəraitinin öyrənilməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə araşdırma aparıb və əldə edilən nəticələr əsasında pilot layihə hazırlayıb. Araşdırma zamanı bu ərazidə xəbərdarlıq nişanlarının zəruri sayda olmaması, fiziki imkanları məhdud olan insanlar üçün əlverişli şəraitin qənaətbəxş olmaması, uşaqların şəxsi nəqliyyat vasitələrinə mindirilməsi və düşürülməsi üçün xüsusi ərazilər ayrılmaması, ətraf küçələrdə sürət həddinin nisbətən yüksək olması, məlumatverici nişanlar və məktəb ilə əlaqədar yol nişanlanmalarında çatışmazlıqlar ortaya çıxıb.

Layihəyə əsasən məktəb ətrafındakı qanunsuz parklanmalar ləğv ediləcək. Həmçinin əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün şərait yaradılacaq. Bununla yanaşı, uşaqları mümkün qədər qəzalardan qorumaq üçün avtomobil yolu ilə piyada səkisi arasına məhəccərlər çəkiləcək. Parklanma yalnız məktəbin bir hissəsindən keçən Nigar Rəfibəyli küçəsində təşkil ediləcək. Məktəbə yaxın olan bütün ətraf küçələrdə sürət həddi 60-dan 40-a salınacaq. Əlavə olaraq da məktəb keçid növbətçiləri yollara cəlb olunacaq.

Qeyd edək ki, pilot təkliflər layihəsi Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında baxılaraq təsdiq edilib. Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi işlərə başlayacaq. /xezerxeber.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930