3-cü dünya müharibəsi nə zaman BAŞLAYACAQ? - AÇIQLAMA

3-cü dünya müharibəsi nə zaman BAŞLAYACAQ? - AÇIQLAMA"Qloballaşma bütün prosesləri dəyişdi".

3-cü dünya müharibəsi nə zaman BAŞLAYACAQ? - AÇIQLAMABunu BiG.AZ-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu

Mübariz Əhmədoğlu qeyd edib ki, müharibə deyiləndə 1-ci və 2-ci dünya müharibələri nəzərdə tutulur: "Düşünürlər ki, onlar necə başladısa üçüncü dünya müharibəsi də o formada olacaq. Əslində isə belə deyil. Artıq 3-cü dünya müharibəsi başlayıb. Roma papası 6 ay bundan qabaq verdiyi açıqlamasında 3-cü dünya müharibəsinin başlandığını demişdi. Müharibəsi artıq gedir. Minlərlə insanlar ölür, evsiz-eşiksiz qalır, hərbi texnikaya çoxlu vəsait xərclənir. Elə bunların hamısı müharibənin getdiyinə işarədir. 1915-cı ildən 1923-cı ilə qədər ermənilər iddia edilər ki, 0.5 millyon əhalisi öldürülüb. Bu gün Aralıq dənizində ölən miqrantların sayı ermənilərin iddia etdiyi rəqəmdən böyükdür. Bu gün bəzi Avropa alimləri 1-ci dünya müharibəsi deyiləndə ermənilərin yalanlarına istinad edirlər. Bütün parametrlərə görə müharibə çoxdan başlayıb".

Politoloq vurğulayıb ki, bu gün mövcud texnika ilə bir-iki günə çox şey əldə etmək olar. "Əgər ikinci dünya müharibəsində tankın 10 günə getdiyi yolu bu gün 2-3 saata qət etmək mümükündür. Çünki mövcud texnika buna imkan verir. Rusiya Xəzər dənizindən Suriyanı vurdu. Düşünün Xəzər dənizi hara Suriya hara. Təsəvvür edin ki, aralarındaki məsafə 1000-1500 kilometr məsafədir. Əgər dinc quruculuq işləri görülmürsə müharibənin əlamətidir. Bu gün Türkiyənin, İranın ərazisinə qoşun yeritməyə ehtiyac yoxdur. Dövlətlər görün necə yox olur. Vaxtı ilə İraq necə yoxa çıxdı. Halbuki İraq ətrafındakı dövlətlərə firəvanlıq verirdi. Bu gün İraq demək olar ki, yoxdur. İraqı daxildən dağıtdılar. Eləcə də Livya 3 yerə bölünüb. Amma zamanında Livyanın ətrafında olan dövlətlərlər ondan bəhrələnirdi. Müharibənin nəticəsi dövlətlərin sıradan çıxmasıdırsa demək müharibə çoxdan başlayıb. Bu gün güc dövlətləri olan ABŞ və Rusiya oturub dünyadakı mövcud problemləri həll etmirlərsə yəqinki müharibənin növbəti mərhələlərində biz hərbi aktivliyindən danışacağıq".

3-cü dünya müharibəsi nə zaman BAŞLAYACAQ? - AÇIQLAMAMilli Məclisin deputatı Elman Məmmədov isə açıqlamasında müharibənin bir gün də olsa dayanmadığını qeyd edib. "Müharibəni başladan ABŞ və onun müttəfiqləridir. ABŞ öznü dünyanın ağası hesab edir. Dünya dövlətləri də o necə istəsə elə də idarə edilməlidir. Amerika mövcud olan böyük və kişik dövlətlərin daxili işinə müdaxilə edir. Bundan da böyük hüquq və qanun pozuntusu yoxdur. Ondan soruşan yoxdur ki, İran və Türkiyə onun kimi dövlətlərdir. ABŞ-ı nə maraqlandırır ki, İranda kimlər həbs olunub. Bəlkə həbs olunanlar sənin adamlarındır? Həbs olunanlar İran vətəndaşıdır. Vətəndaşı olduğu dövlətin qanunları ilə də cəzalandırılacaqlar. Belə çıxır ki, İranda baş verənlərdə sənin marağın var. ABŞ Tükiyə ilə guya müttəfiq dövlətdir. Amma Türkiyənin daxilində fəaliyyət göstərən terror təşkilatlarını maliyyələşdirir. Belə tərəfdaşlıq olmaz. Dünyada sabitliyi pozan ABŞ-dır. Amerika özü üçün qərar qəbul edib ki, dünyanın yeganə ağasıdır, o necə istəsə dövlətlər elə idarə olunmalıdır. Bundan da böyük hüquq pozuntusu yoxdur. Dünya da bundan da artıq gərginlik yaransa bunun səbəbkarı Amerika olacaq. Son 15-20 ildə mövcud olan terror təşkilatları və onları silahla təmin edən elə ABŞ-dır. Bu cür dünyada ağalıq etmək istəyən dövlətlərlə birgə mübarizə vacibdir. Yəni Türkiyə-İran münasibətləri yaxşı olmalıdır. İran bizim torpaqlarımızı işğal edib, insanlarımızı vəhşicəsinə qətlə yetirən Ermənistana dəstək verməməlidir. Çünki İran gördü ki son bir neçə gündə baş verən hadisələrdə azərbaycanlılar necə dəstək verdi. Məncə birlikdə müharibənin və terrorun qarşısını almaq olar".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2914   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 727
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 225
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 57
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 401
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 373
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 206
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 400
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 493
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 220