"Çudo Peçka"-nın sahibinin məhkəməsi başlayır
"Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi icraata götürülüb.
BiG.AZ xeber.news-a istinadən bildirir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç. Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1170 Tarix: 05 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq
Nepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, polisin məlumatına görə, 2022-2025-ci illər arasınd
03.04.2026 106 Mirça Luçesku infarkt geçirdi
Bu yaxınlarda xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi Mirça Luçeskunun infarkt keçirdiyi açıqlanıb. Rumıniya milli komandasının məşq bazasında halı pisləşən və təcili xəstəxanaya aparılan Mirça Luçeskunun səhhətindəki problemlərlə mübarizə apardığı açıqlanıb. -ın xarici mediaya istinadən xəbərin
03.04.2026 236 Azyaşlı uşaqları olanların nəzərinə - Təhlükəli virus yayılır
Mövsümi dəyişikliklər fonunda xüsusilə uşaqlar arasında geniş yayılan norovirus son dövrlərdə ən çox rast gəlinən və sürətlə artan virus infeksiyalarından biri kimi diqqət çəkir. "Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, norovirus qəfil başlayan qusma, ishal, qarın ağrıs
03.04.2026 81 Günəş pullu olacaq - ABŞ Yer kürəsini işıqlandıracaq güzgüləri kosmosa buraxır
ABŞ-da fəaliyyət göstərən Reflect Orbital şirkəti gecə vaxtı Yer səthini işıqlandırmaq üçün orbitdə yerləşdirilən güzgülər sistemi yaratmağı planlaşdırır. Layihə on minlərlə reflektor qurğunun orbitə çıxarılmasını nəzərdə tutur. Bu güzgülər Günəş işığını əks etdirərək sifariş əsasında planetin müəyyə
03.04.2026 228 Dövlət məktəblərinin liseyləşməsi: "Sağlam rəqabət" və problemlər
"Dövlət məktəbinin liseyə çevrilməsi o deməkdir ki, şagirdlər artıq ərazi prinsipi ilə deyil, bilik və bacarıq müsabiqəsi ilə qəbul olunacaq. Bu, cəmiyyətin intellektual potensialını bir mərkəzdə toplamaq baxımından faydalıdır: güclü şagirdlər bir-birini irəli çəkir, "sağlam rəqabət" formalaşır"
03.04.2026 256 Tanınmış jurnalistə vəzifə verildi
Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v
03.04.2026 212 BƏƏ-nin müdafiə sistemi raket və dron təhdidləri ilə "aktiv şəkildə mübarizə aparır"
BƏƏ-nin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sisteminin raket və dron təhdidləri ilə qarşılaşdığını bildirir. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, BƏƏ-nin müdafiə nazirliyi sosial mediada paylaşdığı mesajda təsdiqləyib ki, "ölkə daxilində eşidilən səslər davam edən qarşılıql
03.04.2026 242 SEPAH polkovniki öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Ruhullah Minahani öldürülüb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, polkovnik Ruhullah Minahani İranın şimal-qərbində yerləşən Zəncan şəhərinə endirilən zərbə nəticəsində həyatını itirib
03.04.2026 171 The New York Times yazır: İran ABŞ təyyarələrini S-400 ilə vurub - POLİTOLOQDAN AÇIQLAMA
Beynəlxalq mediada yayılan son məlumatlar qlobal təhlükəsizlik gündəmini yenidən gərginləşdirib. The New York Times qəzetinin yazdığına görə, İran ABŞ-ın Körfəz ölkələrində yerləşən hərbi təyyarələrini Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri vasitəsilə vurub. Bu hadisə regionda hərbi balans
03.04.2026 275