40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT

40 milyon insanı öldürən Çingiz xan haqqında bilmədiyiniz 9 MARAQLI FAKT1206-1227-ci illər ərzində monqol xalqının layiqli hökmdarı olan Çingiz xan 31 milyon kvadrat kilometrədək ərazi fəth edib. Tarixdəki heç bir sərkərdə bu rəqəmi yeniləyə bilməyib. Avropa və Asiyadan keçən qanlı yolunda saysız-hesabsız qurbanları olub. Ən qəddar fatehlərdən biri olan Çingiz xan buna baxmayaraq monqol mədəniyyətini təkmilləşdirib, xalqına dini azadlıq qaytarıb, eləcə də Şərq və Qərblə münasibətləri qaydasına qoyub.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu tarixi şəxsiyyət haqda qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirəcək.

1. Əsl adı

Monqolların "ən qüdrətli xanı" 1162-ci ildə Onon çayı sahillərində doğulub. Körpə doğulanda ona Temuçin yəni "dəmir kimi möhkəm" adı verilir. Çingiz xan adı isə ona 1206-cı ildə monqol tayfalarının lideri seçilərkən "qurultay"da verilir. Xan sözü bildiyimiz kimi "hökmdar", "yüksək rütbə" anlamına gəlir. Çingiz adının mənası isə, bəzi mənbələrdə "okean", digərlərində "haqq-ədalət" mənasını daşıyır.

2. Çətin uşaqlıq

Temuçin hələ kiçik yaşlarından həyatın acılarına qalanmış, doğulduğu quraqlıq ərazilərin çətinliyinə tab gətirmişdi. Cəmi 9 yaşında ikən tatarlar atasını zəhərləyib öldürür, bir müddət sonra isə birgə yaşadığı qəbilə onu anası və bacı-qardaşları ilə birgə alaçıqlarından qovurlar. Yalnız yaşamaq məcburiyyətində qalan ana və uşaqlarının güzəranı birə beş ağırlaşır. Balaca Temuçin tez-tez balıq ovuna gedirdi. Hətta bir dəfə yeməyini oğurladığı üçün ögey qardaşını amansızca öldürür. Yeniyetməlik dövründə isə özü və arvadı müxtəlif birləşmələr tərəfindən tez-tez qaçırılırdılar. Bir müddət əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb, qaçır və azadlığına qovuşur. 1120-ci illərdə isə özünü cəsur döyüşçü, güclü sərkərdə kimi tanıda bilir.

3. Zahiri görünüş

Çingiz xan dünya tarixinin ən məşhur liderlərindən olsa da, mənbələrdə şəxsi həyatı haqqında məlumat çox azdır. Hətta bir heykəlinə, portretinə belə rast gəlmək mükün deyil. Lakin əlyazmalarda cüssəli, hündürboy, saqqallı kişi kimi təsvir olunur. XIV əsrdə yaşayan fars tarixçisi Rəşid əl-Dina onu kürən saçlı, yaşıl gözlü sərkərdə kimi tanıdır. Lakin bu fərziyyədir, axı tarixçi böyük hökmdarı heç vaxt görməmişdi. Nəzərə alsaq ki, monqollar arasında sarışın və kürən insanlara çox az rastlanır, əl-Dinanın əlyazmasındakı fakt bir daha ifşa olunur.

4. Keçmiş düşmən, bugünkü silahdaş

Qüdrətli xan istedadlı insanlara hər zaman dəyər verirdi, bacarıqlı döyüşçülərinin tərəqqisinə imkan yaradırdı. Buna misal olaraq tarixdə çox maraqlı məqam var. Belə ki, döyüşlərin birində düşmən ordunun əsgərinin atdığı ox Çingiz xanın sevimli atını öldürür, özünü isə ağır yaralayır. Möcüzə nəticəsində sərkərdə sağ qalır. Müharibədə qalib qələn monqol ordusu, düşmənləri əsir götürür. Çingiz xan əsirlərin qarşısına keçib, atını öldürüb, onu ağır yaralayan zərbənin müəllifinin kim olduğunu soruşur. Bir gənc cəsarətlə önə addımlayıb, "mən idim" deyir. Döyüşçünün bu cəsarəti xanı heyrətləndirir. Çingiz xan bu gənci öz ordusuna dəvət edir, adını isə "Cebe" yəni "oxatan" qoyur. Cebe tarixdə monqol ordusunun ən cəsur döyüşçüsü kimi qalır.

5. Qisas

Çingizxan adətən dövlətlərə sülh yolu ilə tabe olmağı təklif edirdi. Lakin lazım gələndə qılıncını da işə salırdı.Tarixdə qalmış ən qatı qisası isə 1219-cu ilə təsadüf edir. Belə ki, Xarəzm hökmdarı monqollarla bağladığı müqaviləyə sadiq qalmır. Üstəlik monqol ordusunun döyüşçülərini öldürür. Qəzəblənən Çingiz xan nəinki ordunu, hətta Xarəzm dövlətini süquta uğradır.

6. 40 milyon cəsəd

Tarixçilər hesab edirlər ki, monqol ordusunun bütün fəthləri boyu 40 milyon insan öldürülüb. Hətta əlyazmalarda Çin əhalisinin sayının birdən-birə kəskin şəkildə azaldığı da qeyd olunur. Hətta Xarəzmilərlə müharibə zamanı İran əhalisinin böyük hissəsini qılıncdan keçirdiyi də tarixi faktdır. Bir sözlə Çingiz xan ordusu dünya əhalisinin 11 faizini yer üzündən silib.

7. Mədəniyyətlərə dəyər verən sərkərdə

Digər imperiya qurucularından fərqli olaraq, Çingiz xan fəth etdiyi ölkələrin mədəniyyətlərinə dinlərinə böyük hörmətlə yanaşırdı. Hətta rəngarəng adətlərə mənsub olan dövlətlərin vergilərinə güzəşt edirdi. Bu özü də siyasi addım idi. Axı öz dinində, mədəniyyətində xoşbəxt olan insanı yola gətirmək daha asandır. Elə monqol qəbilələrində də dini tolerantlıq idi. Çingizxan özü və tərəfdaşları şamanizmə inam gətirdikləri bir dövrdə, digər monqol qəbilələri qatı xristian, buddist, müsəlman və digər dinlərdən idilər.

8. Beynəlxalq poçt sistemi

Tarixə nəzər salanda görürük ki, monqol ordusunun ən böyük gücü onların əlaqə sistemi olub. Çingiz xanın qərarı ilə məktub çatdıran xüsusi işçilər fəailiyyət göstərirdilər. Həmin şəxslər imperiyanın hər nöqtəsinə idilər və məktubları ən tez zamanda çatdırmaq üçün rəqabət aparırdılar. Bu işçilər hər 10 kilometrdən bir yeni ata minir, gün ərzində 300 kilometr məsafə qət edirdilər. Onlar xanın hər yerdə qulağı və gözü idilər.

9. Çingiz xanın müəmmalı qəbri

Böyük hökmdarın həyatı kimi ölümü də tarixdə böyük səs-səda doğuran faktdır. Belə ki, bəzi mənbələrdə ölüm səbəbi döyüş zamanı atdan yıxılması, digər mənbələrdə isə malyariya xəstəliyi göstərilir. Çingiz xanın həyatının son anlarınadək harda olması, hətta cənazəsinin harda basdırılması xalqdan gizlədilib. Deyilənə görə, bu haqda məlumat əldə edən şəxslər də edam edilib. Odur ki, qəbri indiyədək bilinməyən hökmdarın harda basdırıldığı məlum deyil. Çingiz xan bu gün monqol xalqının milli qəhrəmanı, qürur mənbəyidir. SSRİ dövründə isə xalqın milli-nmənəvi dəyərlərini məhv etmək üçün onun adını anmaq belə qadağan olunmuşdu.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3283   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

TOP MP3