"Debat turniri" layihəsinin yekun tədbiri keçirilib

"Debat turniri" layihəsinin yekun tədbiri keçirilibYAP Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığı ilə milli debat proqramı çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş «Debat turniri» layihəsinin yekun tədbiri keçirilib.

BiG.AZ xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov partiyanın 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. YAP-ın tarixi zərurətdən yaranan partiya olduğunu deyən S.Novruzov bildirib ki, gənclərimiz partiyanın gələcəyidir. Onun sözlərinə görə, YAP-da bütün təbəqələrin nümayəndələri təmsil olunurlar. O cümlədən partiyamızda yaşlı və gənc nəslin vəhdəti var.

YAP İcra katibinin müavini 2017-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyib: «Başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün uğurlu oldu. Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan böyük nailiyyətlər qazanıb. Bu ilə ərzində ölkəmiz üçün bir sıra əlamətdar hadisələr baş verdi. Bunların sırasında «Əsrin müqaviləsi»nin uzadılmasına dair sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir. Çünki hər iki hadisə Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Bu layihələr ölkəmizin təhlükəsizliyinin daha da güclənməsi, qüdrətlənməsi və müstəqilliyimizin əbədiliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə ki, bütün bunlar ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nəticələridir. Bütövlükdə, 2017-ci il Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından uğurlu il oldu».

YAP Gənclər Birliyinin önəmli layihələr həyata keçirdiyini deyən S.Novruzov qeyd edib ki, bu layihələr bütövlükdə ölkə gəncləri tərəfindən maraqla qarşılanır. «Debat turniri» də məhz belə layihələrdəndir. Onun sözlərinə görə, bu gün ölkəmizdə yüksək intellektli gənclər yetişib ki, onların da mütləq əksəriyyəti partiyamızın sıralarında birləşib.

Çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov Yeni Azərbaycan Partiyasının sıralarında on minlərlə gəncin birləşdiyini vurğulayıb. O qeyd edib ki, YAP böyük siyasi məktəbdir və gənclərimiz bu siyasi məktəbdən öz gələcəkləri üçün faydalanırlar. Azərbaycan gənclərinin yüksək təhsil almaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını deyən E.Qasımov BANM-ın uğurlarından da bəhs edib.

Daha sonra tədbirdə Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında çıxışını özündə əks etdirən video material nümayiş etdirilib.

Sonra «Debat turniri»nin final mərhələsinə vəsiqə qazanmış Səbail və Yasamal rayonlarını təmsil edən komandalar debatlar aparıb. Yekunda qalib və finalçı komanda üzvləri, o cümlədən ən yaxşı natiqlər, hakim və məşqçi mükafatlandırılıb.

Tədbirin sonunda YAP Gənclər Birliyi və DVC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi birgə əməkaşlıq çərçivəsində gənclərin inkişafını təmin etmək, ictimai debatlar təşkil edərək Bakı şəhəri və regionlarda yaşayan gənclərin dünyagörüşü və biliklərinin artırılması istiqamətində yeni layihələrə imza atmaqdır.

Xatırladaq ki, dekabr ayının ilk həftəsində YAP Gənclər Birliyinin Bakı şəhəri üzrə müxtəlif nümayəndəliklərinə üzv olan gənclərə debat təlimləri keçirilib, komandalar formalaşdırılıb. Məşq prosesində fəal iştirak edən debatçı gənclər dekabrın 16 və 17-i keçirilmiş qrup və play-off mərhələsində iştirak edərək "Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır" mövzusunda debatlar aparıblar.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 410   Tarix: 26 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789