Salyandakı qətliamın dəhşətli sirləri: Ana öldürüldükdən sonra oğul onun məvacibini alırmış...

Salyandakı qətliamın dəhşətli sirləri: Ana öldürüldükdən sonra oğul onun məvacibini alırmış...Yazı yarım saatdır hazırdı. Amma onun hansı adlı, hansı formada təqdim edəcəyimi bilmirəm. Çünki heç vaxt dörd qız və ananın qətlə yetirildiyi evdən reportaj hazırlamamışam. Heç ana öldürüləndən sonra onun işlədiyi yerə gedib məvacibini alıb xərcləyən oğul da görməmişəm...

... Salyanda əri tərəfindən qətlə yetirilən Mehbarə Qurbanovanın və dörd qızı İradə, Rəqibə, Sevda və Ümidənin yas mərasimi verilən evdəyik.

Salyandakı qətliamın dəhşətli sirləri: Ana öldürüldükdən sonra oğul onun məvacibini alırmış...Mehparə Qurbanovanın qardaşı Elnur Qurbanov deyir ki, cəsədlərdən biri nisbətən təzəymiş. Ardınca açıqladığı fakt isə sözün əsl mənasında tükürpədicidir. Sən demə, Fəqan Əliyev anası öldürüləndən sonra onun işlədiyi yerə gedərək, verilməmiş iki aylıq məvacibini alıb:

"Görün bu nə qədər vicdansız adamdır ki, gedib bacımın işlədiyi yerdən onun iki aylıq məcavibin bir ayını alıb. Soruşublar ki, anan hardadır? Deyib ki, xəstələnib, Bakıda müalicə etdiririk. Həmin pulu da aparıb xərcləyiblər".

Salyandakı qətliamın dəhşətli sirləri: Ana öldürüldükdən sonra oğul onun məvacibini alırmış...Mehbarə Qurbanovanın bibisi qızı Təranə xanım isə düşünür ki, Fərhad Əliyevin qohumlarından heç kimin yas mərasiminə gəlməməsi onlarda müəyyən şübhələr yaradır:

"Onların evlərinin hasarı yoxdur. Digər iki qardaşın pəncərəsi bunların evinə açılır. O boyda iyi, səs-küyü bunlar eşitməyə bilməzdilər".

Qohumu hesab edir ki, M.Qurbanova və qızlarının qətlə yetirildiyi ev sökülməli və yerində uşaq parkı tikilməlidir:
"Həmin ev Fərhadgilin ata mülküydü, bütün qardaşların orada gözü var idi. Çox istərdik ki, həmin ev sökülsün, yerində park salınsın. Çünki Nə Mehbarə, nə də qızları o evdən bir xeyir görmədilər. Xoşqədəm xanımdan da çox razıyıq ki, Yufis Mustafayevin vaxtında cavabını verdi. O düşünmədən danışdı. Ancaq sağ olsun, imkan vermədi ki, haqqımızda nahaq danışsın. Rayon rəhərliyi də bizə qardaş oldular. Bu günlərdə yanımızda idilər. Nə yaxşı ki bu işin üstü açıldı. Çünki hərə bir söz deyirdi. Təmiz adları oldu, kimlərinsə yanında xəcalətli qalmadıq".

M.Qurbanovanın qardaşı E.Qurbanov deyir ki, tez-tez bacısının qətlə yetirildiyi evə gedirmiş, ətrafdakılardan bura kiminsə gəlib-gəlmədiyiylə maraqlanırmı. Qətldən iki il sonra bacısının evinə gedərkən görür ki, həyət-baca səliqəyə salınıb, ağaclar budanıb. Sən demə, F.Əliyev bunu diqqət çəkməmək, şühbə yaratmamaq üçün edirmiş.
Salyandakı qətliamın dəhşətli sirləri: Ana öldürüldükdən sonra oğul onun məvacibini alırmış...Qurbanovanın qardaşı Elnur isə bu ərəfələrdə F.Əliyevin qohumlarının onlara "Televiziyaya çıxıb bizi biabır elədiniz. Onlar ya Türkiyədə, ya da Dubaydadırlar" formasında tənələr edildiyini söyləyir.

Sözügedən hadisəni il olaraq ictimailəşdirən "Səni Axtarıram"ın aparıcısı Xoşqədəm Hidayətqızı isə bildirir ki, qətlə yetirilən dörd qız və ananın məzarüstü abidəsi layihənin hesabına götürüləcək:

"Belə qərara gəldik ki, məzar daşlarını biz qoyduraq. Sizə təsəlli vermək asandır. Amma durumunuz çox çətindir. Deyiləsi dərd deyil. Özümü sizin yerinizə qoya bilmərəm. Çünki bu dərdi hiss etmək üçün sizin yerinizdə olmaq lazımdır".

Arvatan kənd qəbristanlığındayıq. Dəhşətli sözü bu mənzərənin qarşısında o qədər bəsit və cılız görünür ki... Ən yaxşısı yazını bitirək. Gerisini özünüz görün.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7420   Tarix: 13 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

20:36 62
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

20:51 16
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

15:42 102
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 144
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 848
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 685
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 34
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 814
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

14:51 115