Serj Sarkisyan yenidən Putinə sadiqliyini nümayiş etdirəcək - Politoloq şərhi

Serj Sarkisyan yenidən Putinə sadiqliyini nümayiş etdirəcək - Politoloq şərhiBu gün Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək. Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq. Eləcə də prezidentlər sonra Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.

Serj Sarkisyan yenidən Putinə sadiqliyini nümayiş etdirəcək - Politoloq şərhiPutin Sarkisyan yaxınlaşması Azərbaycan üçün nələri vəd edir? Prezidentlərin görüşündə Qarabağ məsələsi müzakirə olunacaqmı? Bu məsələlərlə bağlı BiG.AZ-a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə Sarkisyanın Putinlə görüşdə Moskvaya sadiqliyini nümayiş etdirəcəyini bildirib: "Rusiya Ermənistanın strateji müttəfiqi və tərəfdaşıdır. Bundan əlavə demək olar ki, Ermənistanın bütünlüklə həm siyasi, həmdə iqtisadi cəhətdən Rusiyadan asılıdır. Rəsmi Yerevan regionda Kremlin hərbi forpostu funksiyasını daşıyır, onun regional təhlükəsizliyin təhdid olunmasında bir alətidir. Ermənistan prezidenti Serj Sarkisyan bu gün yenidən Moskvada Putilə bir araya gələcək. Bu görüşdə Sarkisyanın bir daha Rusiyanın regional siyasətinə sadiqliyini nümayiş etdirəcək və bundan sonrakı proseslərdə subregional fəaliyyətini Rusiyanın diktəsi ilə həyata keçirəcək. İki ölkənin bu qədər ciddi yaxınlaşması, Azərbaycana qarşı yönəldiyinin fərqindəyik. Rəsmi Kreml Azərbaycanın əleyhinə və ərazilərin işğalda qalması üçün Yerevana hərbi yardımlar edir. Təbii ki, Putin -Sarkisyan danışıqlarında Avrasiya İttifaqı və Avropa İttifaqı ilə bağlanan çərçivə sazişi müzakirə ediləcək. Hesab edirəm ki, Azərbaycanın güclü ordusu və regional lahiyələrin reallaşdırılmasıbda mühüm rolu Ermənistan-Rusiya hərbi müttəfiqliyinin qarşısında güclü mövqe tutmasını şərtləndirən amillərdən biridir.Azərbaycanın siyasəti regiobda yalnız sülhə xidmət edir. Ermənistanın işğalçı siyasəti davam etdikcə, Azərbaycan Ermənistan-Rusiya əlaqələrinin inkişafından ciddi nəticə çıxartmalıdır. İki ölkə Azərbaycanın güclənməsinə səbəb olacaq bütün sahələrdə zərbə vurmağa hazır vəziyyətdədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1105   Tarix: 15 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949