DYP-dən XƏBƏRDARLIQ: Bu icazənin müddəti sabah başa çatır

DYP-dən XƏBƏRDARLIQ: Bu icazənin müddəti sabah başa çatırRespublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüzün (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəsi üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.

Bakı şəhər Baş Polis İdarəsindən BiG.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "AZS 122-2004" "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması müəyyənləşdirilib.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.

Yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan nəqliyyat vasitələri, eləcə də, ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin sürücüləri aşkarlanarsa, qanunla nəzərdə tutulan tələblər təmin olunacaq.

Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 895   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 174
.

Çox dondurma yeməyin zərərləri nədir?

Dondurma yay aylarının əvəzolunmaz desertidir. Sərinləmək üçün yediyimiz dondurmadan həzz aldığımız qədər, zərərləri də var.Dondurmanın tərkibində süd və süd qatı maddələr var, ona görə də hər dəfə dondurma yeyəndə vücudunuz D vitamini, A vitamini, kalsium, fosfor və riboflavin alır. Bundan əlavə, müxtəli

02.05.2024 236
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 213
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 380
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 719
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 399
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 177
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 258
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 279