"Qalatasaray" Belhandanı göndərib 50 milyonluq futbolçu alır

"Qalatasaray" Belhandanı göndərib 50 milyonluq futbolçu alır

"Qalatasaray" Yunes Belhanda ilə yollarını ayırır.

Kiyev "Dinamo"sundan 8 milyon avroya alının mərakeşli futbolçu etimadı doğrultmurdu.

Onun "Fənərbaxça" matçında qırmızı vərəqə alması rəhbərliyin səbr kasasını daşırıb. 10 nömrə mövqeyində istənilən performansı sərgiləməyən Belhandanın göndərilməsinə qərar verilib. "Qalatasaray" onun yerinə "Şaxtyor"dan Çinin "Jianqsu Suninq" klubuna 50 milyon avroya transfer olunmuş Aleks Teyşeyranı gətirmək niyyətindədi.

Bildirilr ki, Çinə uyğunlaşa bilməyən Aleks Avropaya dönmək niyyətindədi. "Qalatasaray" rəhbərliyi əvvəlcə onu bir illik icarəyə götürmək, sonra transfer hüququnu almaq istəyir.

Qeyd edək ki, Çinə 50 milyon avroya transfer olunan Teyşeyraya "Transfermarkt" hazırda 17 milyon avro qiymət qoyub. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 25 oyunda 10 qol vurub.

mənbə: fanat.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1010 Tarix: 26.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər