İŞİD-dən xilas edilən Abdullanın qohumları tapıldı - FOTOLAR

İŞİD-dən xilas edilən Abdullanın qohumları tapıldı - FOTOLARBir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

3 yaşlı Abdullanın atası Süleyman Abdullayev Bakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

İŞİD-dən xilas edilən Abdullanın qohumları tapıldı - FOTOLARƏldə etdiyimiz digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdulayevanın dayısı Elçin Zeynalov əməkdaşımızla söhbətində qeyd etdiyimiz məlumatları təsdiqləyib.

"Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki, onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur" – Abdullanın qohumu bildirib.
İŞİD-dən xilas edilən Abdullanın qohumları tapıldı - FOTOLARAzərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

mənbə: azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1266   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589