Azərbaycan regionun ən güclü ordusuna malikdir: Hər an düşmənə cavab verə bilər

Azərbaycan regionun ən güclü ordusuna malikdir: Hər an düşmənə cavab verə bilərBütün sahələrdə təmin edilən hərtərəfli dinamik inkişaf ordu quruculuğuna da öz müsbət təsirini göstərib.

Oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışı maraqla qarşılanıb.

Ölkəmizin son doqquz ayda iqtisadi sahədə əldə etdiyi uğurları qeyd edən Ali Baş Komandan bütün istiqamətlərdə dinamik inkişaf tempinin davam edəcəyindən əminliklə danışıb və hər kəsdə maraq doğuran iqtisadi inkişafımızın göstəricisi olan rəqəmləri sadalayıb. Bu çıxış təbii ki, hərbi qulluqçular tərəfindən də maraqla qarşılanıb. Çünki ölkənin hərbi qüdrətinin artmasının, iqtisadi inkişafla birbaşa bağlı olması heç kəsə sirr deyil.

Son illər Azərbaycan Ordusunun şəxsi heyəti deyilənlərə sözün həqiqi mənasında şahiddir və bu uğurlu dəyişikləri öz üzərində müsbət mənada hiss edir. İqtisadi inkişafımız hər sahədə olduğu kimi ordu quruculuğuna da öz müsbət təsirini göstərir, uğurlu addımların atılmasına, həyata keçirilən islahatların müvəffəqiyyətli olmasına zəmin yaradır.

Məlumdur ki, ölkəmiz iqtisadi cəhətdən nə qədər güclənərsə, onun hərbi qüdrəti də bir o qədər artar, ordumuzun döyüş hazırlığı daim yüksələr, şəxsi heyətin sosial-məişət şəraiti daha da yaxşılaşar.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyi tərəfindən son bir neçə ilə ərzində həyata keçirilən islahatlar, görülən işlər də deyilənlərə əyani sübutdur. Alınan ən müasir hərbi təyinatlı avadanlıqlar, yeni silah və döyüş texnikası, istifadəyə verilən hərbi şəhərciklər, təlim mərkəzləri, keçirilən irimiqyaslı döyüş atışlı təlimlər, Azərbaycan Ordusunun hərbi qulluqçularının müxtəlif beynəlxalq tədbirlərdə uğurla, inamla iştirakı da məhz cənab prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən iqtisadi inkişafımızın göstəricisidir.

Ali Baş Komandanın tapşırığına əsasən Belarus Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər zamanı əldə olunan razılaşmalar, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi yaxın vaxtlarda Ordumuzun silah arsenalının zənginləşdirilməsi və daha da güclənməsi istiqamətində görülən zəruri tədbirlərdəndir.

Heç şübhəsiz görülən bu uğurlu işlər isə, Ali Baş Komandanın da dəflərlə qeyd etdiyi kimi, Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrilməsinə imkan yaratmışdır. Bu gün artıq hər kəs inamla deyə bilər ki, Silahlı Qüvvələrimiz dövlət başçısının hər bir əmrini yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə və düşmənə layiqli cavab verməyə qadir olan qüdrətli bir Ordudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 911   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914