Bakıda su altında qalan avtomobillərlə bağlı qərar verildi: Aqibətləri belə olacaq

Bakıda su altında qalan avtomobillərlə bağlı qərar verildi: Aqibətləri belə olacaqBakıda bir neçə gün davam edən aramsız yağışlar şəhər əhalisinin ciddi narahatlığına səbəb oldu. Yağış suları, paytaxtın kanalizasiya sisteminin zəif işlədiyi və ya ümumiyyətlə, mövcud olmadığı ərazilərində böyük fəsadlara yol açdı. Nəticədə, həmin ərazidə yerləşən evlər, ticarət obyektləri su altında qaldı, əhaliyə ciddi maddi ziyan dəydi. Su altında qalan obyektlərdən biri də "Bank Standart"a məxsus avtomobil dayanacağı idi. Meydançaya yığılmış onlarla avtomobil də su altında qalaraq, yararsız vəziyyətə düşüb. Sual yaranır: su altında qalan avtomobillərə dəymiş zərəri kim ödəyəcək? Sığorta mütəxəssisləri bildirirlər ki, avtomobillərə dəymiş zərəri ödəmək də olar, ödəməmək də.

BiG.AZ xəbər verir ki, sığorta mütəxəssisi Nicat Əlibəylinin sputnik-ə açıqlamasına görə, belə hadisələr zamanı icbari sığorta heç bir rol oynamır. "Çünki icbari sığorta qəzaya uğramış avtomobilə dəyən zərəri ödəmək üçün nəzərdə tutulan sığorta növüdür.

Amma kasko sığortası olan avtomaşınlarda vəziyyət fərqlidir. Könüllü olan kasko sığortası zamanı avtomobilə dəyən istənilən zərərə görə sığorta almaq olar", - o bildirib. "Sadəcə, kiçik bir nüans var: hər şirkətdə müqavilə şərtləri fərqlidir. Yəni, elə sığorta şirkəti var ki, kasko sığorta müqaviləsində təbii fəlakətləri nəzərə alır, digərləri isə bunu nəzərə almır. Deməli, həmin dayanacaqda olan avtomobillərin təbii fəlakət zamanı dəyən ziyanı ödəyəcək kasko sığortası varsa, həmin avtomobilə dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək", - Əlibəyli əlavə edib. Ekspert qeyd edib ki, sürücülər müqavilə bağlayan zaman diqqətli olmalıdırlar: "Avtomobilini kasko sığorta etmək istəyən şəxslər müqaviləyə imza atmazdan öncə mütləq şəkildə şərtləri diqqətlə oxumalıdırlar ki, sonra belə hallar olanda, problem yaşamasınlar".

Sığorta eksperti Xəyal Məmmədxanlı isə bildirib ki, su altında qalan avtomaşınlar girovda olan, krediti ödənilməyən nəqliyyat vasitələridir: "Həmin avtomobillərdən hansının kasko sığortası varsa, o zaman zərər nə qədərdirsə, sığorta məbləğindən artıq olmamaq, franşızanı çıxmaq şərti ilə sığorta şirkəti tərəfindən ödəniləcək".

"Yəni, sığorta məbləği avtomobilin sığortalandığı məbləğdir və hər hansı bir hadisə baş verərsə, sığorta şirkəti ən çox o məbləğə qədər pul ödəyir. Ona görə də bu zaman zərərin dəyəri də önəmli rol oynayır", - həmsöhbətimiz vurğulayıb.

Mütəxəssis ziyan dəymiş avtomobillərin yaxın gələcəkdə hətta satışa çıxarılacağını da qeyd edib: "Çox güman ki, su altında qalan avtomobillər şirkət tərəfindən "qurudulacaq" və satışa çıxarılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2083   Tarix: 10 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523