GÜNÜN DƏHŞƏTLİ XƏBƏRİ! Arvadını qardaşına qısqanıb başını kəsdi, sonra... - Azərbaycanda

GÜNÜN DƏHŞƏTLİ XƏBƏRİ! Arvadını qardaşına qısqanıb başını kəsdi, sonra... - AzərbaycandaBakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Belə ki, 2017-ci ilin mayında Quba rayonun Güləzi kəndində yaşayan M.Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.

O ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib: "Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nəsə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.

Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da arxamca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.

Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm".

Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq baltayla zərbələr vurur. Bu anı isə qızları 6 yaşlı Aybəniz də görür, dərhal evə qaçır.

Mərhum Ulduz Ələsgərovanın atası Aydın Eyyubov deyib ki, hadisədən 2 ay əvvəl qızı tez-tez ağlayırmış: "Onların 3 övladı var idi, kiçik oğlum ora gedəndə bir neçə dəfə Ulduzun ağladığını görüb. Şeyda Rusiyadan gələndən sonra o evdə çox mübahisələr olurdu. Şeyda mülk davası edirdi".

M.Ələsgərovun arvadı ilə yaxın münasibətdə olmaqda ittiham etdiyi Şeyda Ələsgərov bunu təkzib edib: "Mən Ulduzla ata-bala kimi idim. Amma Muradla anası mənimlə yola getmirdi. Onlara deyirdim ki, evi dağıtmayın, elə bilirdilər onları evdən çıxaracağam. Murada qardaş kimi nəsihət verirdim, qəbul etmirdi. Ulduzun da qayınanası ilə arası yaxşı deyildi. Mən heç vaxt Ulduzla tək qalmamışam, Muradın da onu niyə öldürdüyünü bilmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2998   Tarix: 30 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995